|
Bu məqalə 2011-ci ildə çəkilmiş Buta filmi haqqındadır. digər mənalar üçün Buta (dəqiqləşdirmə) səhifəsinə baxın.
|
Buta — rejissor İlqar Nəcəfin filmi.[1]
Filmin titrləri: Buta-xalçaların, parçaların, freskaların üzərində naxış. Məlum olmayan zamanlarda yaranıb. Çoxmənalı simvolikaya malikdir. Buta-gül qönçəsi, meyvə toxumu, günəş, su damlası, alov dili-bir sözlə çox şey deməkdir. Onun əsas mənası isə həyatdır.
Erkən yaşlarından valideynlərini itirən Buta (Tofiq Əliyev) (7yaş) ucqar dağ kəndində nənəsi ilə birgə yaşayır. Onun ağıllı düşüncə tərzi və hərəkətləri yaşıdları tərəfindən qısqanclıqla qarşılanır. Buta, həmyaşıdlarının təzyiqlərinə və zorakılığına məruz qalır. Belə ağır günlərin birində, onun köməyinə qoca (70 yaş) (Rafiq Əzimov) gəlir. Bu o qocadır ki, uzun illər öncə kənddə taxıl dəyirmanını işlədirdi. Və kənddə keçirilən covkan oyununun qalibi olardı. O, (qoca) cavanlığda kənddə sevdiyi qızı ona vermədikləri üçün, kəndi tərk edərək getmişdi. Biz filmin sonuna yaxın bilirik ki, qocanın cavanlıqda sevdiyi qız, Butanın hal-hazırda birgə yaşadığı nənəsi (Kimyaxanım Daşdıyeva) olmuşdur. Hansı ki, Buta bundan xəbərsizdir. Qoca kənddən gedəndən sonra, dəyirman xarabalığa çevrilmişdi. O, dolanışıq üçün, kənddən 35–40 km aralıda olan, köhnə sabun fabrikindən duru sabun (maye) alaraq, onu kənddə satıb dolanır. Və dəyirmanı yenidən düzəltmək barəsində düşünmür. Butanın, Qoca ilə tanışlığı, onun həyatını tədricən dəyişməyə başlayır. Qoca Butaya psixoloji dəstək verərək, onu yavaş-yavaş yetimlik və tənhalıq sindromundan çıxarmağa başlayır. Bu aralarda, Buta maraqlı bir vəziyyət ilə qarşılaşır. Belə ki, o (Buta) qonşu kəndin dəyirmanından, eşşəyin belində evlərinə qayıdarkən, torpaq yolla onların kəndinə doğru qalxan qəribə bir avtomobil görür. Və heç vaxt görmədiyi bu maşın, onun böyük marağına səbəb olur. Maşının sürücüsü ilə tanış olandan sonra, məlum olur ki, bu adam böyük şəhərdə nəhəng bir sabun firmasının meneceridir (Elnur Kərimov). Və onu ucqar kəndlərə, firmanın sabun məhsullarını yaymaq üçün göndəriblər. Menecer söhbətin əvvəlində Butaya adi, savadsız kənd uşağı kimi yanaşır. Lakin Buta ilə olan söhbətin bir məqamı onda (Menecer) hədsiz iz buraxır. Və onun qüruruna hörmət edir. Hər fürsətdə, Butanın yanına qaçan Gülyanaq (6yaş) onunla dost olmağa can atır. Lakin onun bu hərəkətini, Buta laqeyd qarşılayır. Və hər dəfə də onu özündən uzaqlaşdırmağa çalışır. Gülyanağı özündən uzaqlaşdırmağının ən böyük səbəbi, Gülyanağın böyük qardaşı (Əzim 8 yaş) ilə kənddə olan soyuq münasibətidir. Əzim kənddə olan həmyaşıdları arasında ən davakar uşağdır. O, (Əzim) uşaqlar arasında tez-tez keçirilən xoruz döyüşünün həmişə qalibi olur. Əlləri arxada və tək ayaq üstə keçirilən xoruz döyüşü, Əzim üçün su içmək kimi bir şey olmuşdur. Hətta o, qonşu kənddən döyüşmək üçün gələn uşaqları da məğlub edirdi. Bütün bunlar onun (Əzim) mütləq hakimiyyətinin göstəricisi ola bilərdi. Lakin, bir nəfər ilə döyüşməmişdi. Butanı hər dəfə döyüşə təhrik etmək istəməsi bir fayda vermirdi. Bacısı Gülyanağın Butanın yanında tez-tez görünməsi isə onu daha da özündən çıxarırdı. Və ara-sıra aralarında baş verən qarşıdurmalar, həlledici döyüşə zəmin yaradırdı. Buta döyüşə laqeyd yanaşırdı. Eyni zamanda, təkliyi onda müəyyən bir qorxu yaradırdı. Ağır günlərin birində, Qocanın ona yaxınlaşması və onunla danışması Butada azacıq ümid yaradır. Qoca Butaya mənəvi kömək olur. Və sanki, Buta daxilən böyüyür.
- Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olub.[2]
- Keyptaun (CAR) şəhərində keçirilən "Cape Winelands Film Festival"ın Qran-pri mükafatını qazanıb.[3]
- ABŞ-nin "World Fest – Houston International Film Festival"ında "Platinum Remi" mükafatını əldə edib
- "Humay" Milli Mükafatının laureatı olub.[4]
- Film "Kodak" kinolentinə çəkilib.
- Kinorejissor İlqar Nəcəf bu layihə barədə söhbətdə dedi: — Kino şirkətini məhz "Buta" filmini çəkmək üçün yaratdım. 5 illik bir yol keçdik. Uzun, çətin yol oldu, amma indi öz komandama görə qürur hissi keçirirəm. Komandamız 4 ölkənin nümayəndələrindən formalaşmışdı — Azərbaycan, İran, Gürcüstan, Rusiya. — çətin olan əsasən nə idi? — Əlbəttə ki, uşaqlarla iş. Filmin 4 əsas qəhrəmanı uşaqlardır. Sovet vaxtında baş qəhrəmanlar uşaq olanda lentin həcmini standartdan çox ayırırdılar. Mənə elə gəlir bizdə alındı. Xüsusilə baş qəhrəman — gənc aktyor Tofiq Əliyevi demək istərdim. Yeri gəlmişkən, uşaqları son anda təsdiq etdik, bu çox riskli idi. — Komandanı necə seçdiz? — Bizim bir prinsipimiz var — peşəkarlıq. Mən ssenarinin həmmüəllifi Ramiz Fətəliyevə, operator Beridzeyə, bəstəkar Cavanşir Quliyevə dərin minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, Cavanşir müəllim Kiprdə yaşayır və Bakıya məhz bizim film üçün gəlmişdi. Bir də Rafiq Əzimovun personajını səsləndirən Ramiz Əzizbəylinin xidmətini qeyd etmək istərdim. Filmin səsləndirilməsində onun böyük əziyyyəti oldu. — Niyə şirkətiniz öz vəsaitini belə bir layihəyə yatırdı? — çünki biz nəticəyə əmin idik. Bir də əsas amil bizim üçün post-produksiya idi. Mən montajda özümü öz evimdə hiss etməliydim. Bir də ki, səs. Dolbi formatda işlənilib səs. Bu da bizə vacib idi. Filmi Avropanın ən keyfiyyətli laboratoriyalarından birində — "Salamandra"da aşkarlamışıq. Bütün bunlara görə biz filmin post-produksiya mərhələsini maliyyələşdirdik.(Azpress saytı)
- 2012-ci ildə film "Oskar" Milli Komitəsi tərəfindən "Ən yaxşı xarici film" nominasiyasına namizəd seçılib.
- 2013-cü ildə Polşada nümayiş olunmuşdur.[5]
- Qeyd: filmin heyəti titrlərdəki sıraya görə göstərilmişdir.
- Rejissor: İlqar Nəcəf
- Ssenari müəllifi: İlqar Nəcəf, Ramiz Fətəliyevin iştirakı ilə
- Quruluşçu operator: Georgi Beridze
- Quruluşçu rəssam: Əziz Məmmədov
- Bəstəkar: Cavanşir Quliyev
- Baş prodüser: Xamis Muradov
- Prodüser: İlqar Nəcəf
- İcraçı prodüser: Azər Quliyev
- Quruluşçu rəssam: Əziz Məmmədov
- Musiqi redaktoru: Rafiq Əliyev
- Redaktorlar: Ramiz Rövşən, Rövşən Əliyev
- Rejissor: Loğman Əliyev
- Geyim üzrə rəssam: Şahin Həsənli (rəssam)
- Qrim rəssamı: Firuzə İsmayılova
- Səs rejissoru: Tariyel Həsənzadə
- Operator qrupu: Fərşid Əlizadə, Elçin Məmmədli
- Montaj rejissoru: Gülşən Səlimova
- Montaj: Vüqar Əliyev
- Prodüser qrupu: Vidadi Rüstəmov, Tərlan Babayev, Arif Kərimov, Akif Musayev, Natiq Əliyev, Elşən Tarverdiyev
- Rejissor qrupu: Vüqar Nağıyev, Əlizamin Əzimov, Vüsalə Məmmədova
- Səs operatorları: Cəfərbəyli Ruhulla, Sübhani Kioməs
- Rəssam-fotoqraf: Pərviz Quliyev
- Dekorçu rəssam: Kamran İbrahimxəlilov
- Rəssam assistentləri: Valeh Davudov, Səfurə Manafova
- Rekvizit ustası: Turi Lazereva
- Əlbəsə ustası: Mehriban Ələkbərova
- İşıq ustası: Əliağa İbrahimov
- Çəkiliş texnikası ustaları: Vüqar Mustafayev, Aqil Həsənov
- Musiqi: Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
- Dirijor: Rauf Abdullayev
- Tar: Möhlət Müslümov
- Kamança: Fəxrəddin Dadaşov
- Balaban: Elşad Cabbarov
- Ud: Cavanşir Quliyev
- Kompüter qrafikası və dizayn: Asimmetrik VFX Studio (Moskva)
- Vizual effektlər üzrə supervayzer: Viktor Lakisov
- Vizual effektlər üzrə koordinator: Yuliya Makarçenko
- Kompüter qrafikası üzrə supervayzer: Vladimir Yustinov
- 3D İşıqlandırma: Aleksey Salenkov
- Rəqəmsal kompozinq: Dmitriy Şirokov, Anna Yakovleva
- Dizayner: Sergey Klyaçkin
- Sinxron səslərin yazılması: "Lenfilm" (Sankt-Peterburq)
- Küyçülər: Sergey Fiqner, Sergey Prokofyev
- Səsin dizaynı və montajı: "Sinemix" (Sankt-Peterburq)
- Təkrar səsyazma studiyası: Təkrar səsyazma studiyası "Melnitsa" (Sankt-Peterburq)
- Təkrar səsyazma: Maksim Romaseviç
- Qeyd: obrazların adları titrlərdə qeyd edilməmişdir.
- Rafiq Əzimov — baba
- Tofiq Əliyev — Buta
- Elnur Kərimov — kəndə gələn menecer
- Ləman Nəbiyeva
- Arzu İsayeva
- Mirmöhsün Mirzəyev
- Bahadur Səfiyev
- Kimyaxanım Daşdıyeva — nənə
- Süleyman Nəcəfov — kənd sakini
- S. Şəmiyev
- Q. Həsənov
- R. Xıdırov
- Ə. Səfiyev
- İ. Köçərili
- C. Mütəllimov
- Z. Dadaşov
- H. Ələkbərov
- A. Həsənov
- R. Rəhimova
- Ş. Soltanov
- Ə. Rəhimova
- R. Quliyev
- R. Hacıyeva
- İ. İsmayılov
- S. Rəhimova
- F. Süleymanov
- İ. Kərimova
- H. Əlizadə
- Ş. Rəhimova
- Ü. Sadıqov
- S. Ağayeva
- Ə. Soltanov
- M. Musayeva
- E. Mehdiyev
- A. Babayeva
- N. Məmmədov
- N. Cəbiyeva
- H. Şükürov
- Z. Cəbiyev
- N. Mütəllimov
- M. Mürsəlov
- D. Pənahov
- X. Səfərov
- E. Yolçuyev
- T. Səfərova
- R. Manafov
- R. Pənahova
- M. Kamilov
- T. Məmmədov
- H. Həşimov
- M. Şükürov
- M. Mikayılov
- A. Xıdırova
- X. Nəsirov
- Ə. Qurbanov
- B. Musayeva
- V. Rəhimova
- Qeyd: filmi səsləndirənlər titrlərdə qeyd edilməmişdir.
- Ramiz Əzizbəyli — baba (Rafiq Əzimov)
- Elnur Hüseynov — kəndə gələn menecer (Elnur Kərimov)
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- Şamaxı Rayon İcra Hakimiyyəti
- ↑ "Buta" Azərbaycanı layiqincə təmsil edir: [Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən "Cape Winelands" festivalında rejissor İlqar Nəcəfin eyniadlı filmi nümayiş etdirilib] //Azərbaycan.- 2012.- 31 mart.- S. 11.
- ↑ Günel. "Buta"nın sorağı Avstraliyadan gəldi: [İlqar Nəcəfin quruluşunda hazırlanan "Ən yaxşı uşaq filmi" qalib elan olundu] //525-ci qəzet.- 2011.- 29 noyabr.- S. 7.
- ↑ "Buta" filmi beynəlxalq festivalda baş mükafata layiq görülüb [rejissor İlqar Nəcəfovun "Buta" filmi Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş festivalda] //Mədəniyyət.- 2012.- 28 mart.- S. 2.
- ↑ "Azərbaycanın "Buta" filmi "Oskar" mükafatına təqdim olunub". APA.[ölü keçid]
- ↑ Polşada "Tanınan və tanınmayan Azərbaycan" adlı tədbir keçirilmişdir: [tədbir çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış "Buta" filmi nümayiş etdirilmişdir] //Azərbaycan.- 2013.- 17 noyabr.- S.8.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.