Fəxrəddin Nəsib oğlu Məmmədov (1928-1992) - kimyaçı alim, "Neft-kimyası" və "Neft-kimya sintezi" ixtisası üzrə kimya elmləri doktoru, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq laboratoriya müdiri.
Fəxrəddin Məmmədov | |
---|---|
Fəxrəddin Nəsib oğlu Məmmədov | |
Doğum tarixi | 01.01. 1928 |
Doğum yeri | Kirovabad (indiki Gəncə şəhəri) |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Neft-kimyası və neft-kimya sintezi |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
İş yeri | AMEA Aşqarlar Kimyası İnstitutu |
Təhsili | S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) |
Mükafatları | D.M.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyəti və respublika Kimya Cəmiyyətinin diplomları, Ümumittifaq Xalq Təşərrüfatı Nailiyyətləri Sərgisinin gümüş və bürünc medalları |
Fəxrəddin Nəsib oğlu Məmmədov 1928-ci ildə Kirovobad (indiki Gəncə) şəhərində kəndli ailəsində anadan olmuşdur. 1944-cü ildə M.Ə. Gəncə şəhərində orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin Universiteti bitirmişdir. Fəxrəddin Məmmədov 1949-cu ildə V.V. Kuybışev adına Azərbaycan Elmi Tədqiqat Neft emalı institutunda texnik-laborant vəzifəsində əmək fəaliyyəyinə başlamış, 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonra həmin institutun aspiranturasına qəbul olmuş və 1951-ci ili martında SSRİ Elmlər Akademiyasının Neft İnstitutuna ezam olunmuş, 1954-cü ildə həmin institutda namizədlik dissertasiyası müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fəxrəddin Məmmədov 1955-1958-ci illərdə AEA-nın Kimya İnstitutunda böyük elmi işçi əvəzi vəzifəsində çalışmış, 1959-cu ildə müsabiqə yolu ilə EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1965-ci ildən ömrünün sonuna kimi yeni yaradılmış Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1954-cü ildə SSRİ EA Nİ-in Elmi Şurasında "Beşüzvlü heterotsiklik birləşmələrin quruluşu ilə onların reaksiyagirmə qabiliyyəti arasında əlaqə" mövzusunda namizədlik dissertasiyasını, 1980-ci ildə "Fenol, nbjatyjk və aromatik karbohidrogenlərinin sintezi üsullarının işlənib hazırlanması və onların müxtəlif materiallara əlavə kimi tədqiqi" mövzusunda "Neft-kimya" və "Neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. F.Məmmədov 1992-ci il noyabr ayının 29-da vəfat etmişdir.
Fəxrəddin Məmmədovun elmi-tədqiqat işlərinin əsas istiqamətini sürtkü yağlarına müxtəlif çeşidli aşqarların, yüksək təsir effektinə malik korroziya inhibitorlarının polimer materiallarına stabilizatorların və bioloji fəal maddələrin sintezi, eləcə də onların quruluşu ilə təsir effektivliyi arasında asılılığın öyrənilməsi təşkil edir. Fəxrəddin Məmmədov korroziya inhibitorları və səthi aktiv maddələrin, yağlara aşqarların sintezi və kimyası sahəsində aparıcı alimlərdən biri olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə fenol və tiofenolların bir sıra törəmələrinin alınma üsulları işlənib hazırlanmışdır. Sintez edilmiş azot, kükürd tərkibli birləşmələrin içərisindən ən effektli olanları aşkarlanaraq tətbiq üçün tövsiyə edilmiş, bəzilərinin (ИКИПГ, ИКАНАЗ) isə sənaye istehsalı təşkil olunmuş və bir çox müəssisələrdə tətbiq olunmuşdur.ИКИПГ inhibitoru Türkmənistanın Şadlıq qaz mədənlərində geniş istifadə edilmişdir. O, həmçinin polimerlərin keyfiyyətini yaxşılaşdıran termostabilizatorların, neft quyularında neft hasilatını artıran səhi-aktiv maddələrin yaradılması işlərinə rəhbərlik etmişdir.
Fəxrəddin Məmmədov 220 elmi əsərin, o cümlədən 97 müəlliflik şəhadətnaməsinin və 1 monoqrafiyanın müəllifidir.
Onun rəhbərliyi ilə 16 aspirant və dissertant müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.
O, uzun müddət Azərbaycan EA AKİ-nin nəzdində fəaliyyət göstərən namizədlik dərəcəsini verən müdafiə EŞ-nın üzvü və AKİ Həmkarlar Komitəsinin sədri olmuşdur.