Fəxrəddin Səmədov

Fəxrəddin Səmədov (1960, Xaçmaz) — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi, general-mayor.

Fəxrəddin Səmədov
Fəxrəddin Cavanşir oğlu Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xaçmaz şəhəri, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti DQ Komandanının müavini
Rütbəsi general

Təltifləri "Vətən uğrunda" medalı — 2014 "Hərbi xidmətlərə görə" medalı — 2014

Səmədov Fəxrəddin Cavanşir oğlu 1960-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1977–1981-ci illərdə SSRİ DİN-in Xarkov Ali Hərbi Arxa Cəbhə Məktəbində təhsil almışdır.

1981–1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında ərzaq xidməti rəisinin köməkçisi, tabor komandirinin təchizat üzrə müavini, ərzaq xidmətinin rəisi, hərbi hissə komandirinin arxa cəbhə üzrə müavini vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.

1991–2007-ci illərdə DİN-in Daxili Qoşunlarında hərbi hissə (alay) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə ərzaq xidmətinin rəisi, hərbi hissə (briqada) komandirinin arxa cəbhə üzrə müavini, Baş İdarədə arxa cəbhə rəisinin müavini — qərargah rəisi, hərbi hissə (alay) komandiri, Baş İdarənin Maddi-texniki Təminat İdarəsində Qərargah rəisi-İdarə rəisinin müavini vəzifələrində xidmət etmişdir.

2002-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli 2087 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının müavini — Maddi-texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il tarixli 06 may və 2014-cü il 08 mart tarixli Sərəncamları ilə "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2009-cu il tarixli 203 nömrəli Sərəncamı ilə "general-mayor" hərbi rütbəsi verilmişdir.

Ailəlidir, bir övladı var.