Xaçmaz şəhəri

Bu məqalə Xaçmaz şəhəri haqqındadır. Xaçmaz rayonu üçün Xaçmaz rayonu səhifəsinə baxın.

XaçmazAzərbaycanda şəhər, Xaçmaz rayonunun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır.[1]

Şəhər
Xaçmaz
41°28′05″ şm. e. 48°48′10″ ş. u.
Ölkə
Başçı Elnur Rzayev
Tarixi və coğrafiyası
Əsası qoyulub 1938
Mərkəzin hündürlüyü 42 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 39.900 nəf. (2012)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2700
Xəritəni göstər/gizlə
Xaçmaz xəritədə
Xaçmaz
Xaçmaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xaçmaz şəhərinin tarixi tam öyrənilməsə də məlumdur ki, artıq XVII əsr mənbələrdə Xaçmaz adı çəkilir. Şəhərin Qudyalçayın sahilində yerləşməsi də yəqin ki, təsadüfi deyil, çünki bu çayın mənsəbində o zamanlar tanınmış liman olan Niyazabad yerləşirdi. Şəhərin karvan ticarət yolları üzərində yerləşməsi onun sürətli inkişafına səbəb olmuşdur. XX əsrin əvvəlində inşası başa çatan Bakı-Mahaçqala (Petrovsk) dəmir yolu üzərində Xaçmaz stansiyasının tikintisi şəhəri vacib nəqliyyat məntəqəsinə çevirdi. 1930-cu ildə şəhər rayon mərkəzinə çevrildi. 1945–1954-cü illərdə tikilən Xaçmaz konserv kombinatı isə uzun müddət Avropa qitəsində istehsalat gücünə görə ən iri müəssisələrdən biri olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010–2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının əfsanələr paytaxtı elan olunub. 2014-cü ildə Xaçmaz şəhəri, Bakı prospektində Bayraq Meydanı yaradılmışdır. Orada 85 metr hündürlüyündə Bayraq dirəyi qaldırılmışdır. Bayrağın uzunluğu 30 metr, eni isə 15 metrdir. Həmin ərazidə Bayraq Muzeyi fəaliyyət göstərir.

Xaçmaz şəhəri əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[2] Nisbəti, 1970 sa.[2]
Cəmi 22.313 100 %
Azərbaycanlılar 13.170 59 %
RuslarUkraynalılar 5.301 23,8 %
Ləzgilər 1.726 7,7 %
Yəhudilər 892 4 %
Ermənilər 507 2,3 %
Tatarlar 244 1,1 %
Gürcülər 21 0,1 %
Avarlar 5 0,1 %
Tatlar 3 0,1 %
Digərləri
İl Sayı
1926 1.293 [3]
1939 7.508 [4]
İl Sayı
1959 17.123 [5]
1970 22.313 [6]
İl Sayı
1979 26.012 [7]
1989 28.990 [8]
İl Sayı
2012 39.900

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  2. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Хачмасский район (1970 г.) Arxivləşdirilib 2021-11-29 at the Wayback Machine
  3. SSRİ əhalisinin siyahıya alınması (1926).
  4. SSRİ əhalisinin siyahıya alınması (1939).
  5. SSRİ əhalisinin siyahıya alınması (1959).
  6. SSRİ əhalisinin siyahıya alınması (1970).
  7. SSRİ əhalisinin siyahıya alınması (1979).
  8. SSRİ əhalisinin siyahıya alınması (1989).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]