Fəzləlixan Qarabaği

Fəzləli xan Qarabaği[1], (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi.

Fəzləli xan Qasım bəy oğlu Qarabaği
فضلعلی خان قره باغی
Doğum yeri Şuşa

Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi.

Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı.

  • Fəthabad bağı[2] (Kirmanın İxtiyarabad kəndində)
  1. Pərviz Zare Şahmərsi
  2. İrna xəbər Ajansı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]