Fəzlabad (fars. فضل اباد; azərb. Pətlaba) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd.[3] Ərak şəhərindən 100[4] km şimal–qərbdə, Komican şəhərindən isə 5 km şərqdə, dəniz səviyyəsindən təqribən 1828–1833[K 2] metr hündürlükdə yerləşir.
Kənd | |
Fəzlabad | |
---|---|
fars. فضل اباد | |
34°43′40″ şm. e. 49°23′19″ ş. u. | |
Ölkə | İran |
Ostan | [[Mərkəzi]] |
Şəhristan | [[Komican şəhristanı]] |
Bəxş | [[Mərkəz bəxşi]] |
Bəxş | [[Mərkəz bəxşi]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1 830.7[K 1] |
Saat qurşağı | UTC+3.30 , yayda UTC+4.3 |
Əhalisi | |
Əhalisi | 590[3] nəfər (2011) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Fars dili |
İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران Fərhəng-i cuğrafiya-yi İran)[5][6] verilən rəsmi məlumata əsasən Birinci ostanda, Ərak şəhristanının Vəfs bəxşinin Bozçəllu dehestanına daxil olan Fəzlabad kəndinin türkcə – farsca danışan və şiə olan əhalisi 408 nəfərdən ibarət idi.[7] 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 181 ailədə 295 nəfəri kişilər və 295 nəfəri qadınlar olmaqla cəmi 590 nəfərdir.[3] Türkcə danışırlar və şiə müsəlmandılar.[8]