FIFA 16 — EA Sports tərəfindən hazırlanan və Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Android və iOS kimi platformalarda oynanıla bilən videooyun.
FIFA 16 | |
---|---|
Hazırlayan | EA Canada |
Yayımlayan | EA Sports |
Seriya | FIFA |
Buraxılış tarixi |
22 sentyabr 2015 (Şimali Amerika) 24 sentyabr 2015 (Avropa) |
Janrlar | idman (futbol) |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 3 PlayStation 4 Xbox 360 Xbox One Android iOS |
Mühərriklər | Ignite |
Oyun rejimləri |
tək oyunçulu multipleyer |
Daşıyıcı | rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, sensor ekran |
Rəsmi saytı |
FIFA seriyasının qadın milli komandalara yer verən ilk oyunudur. Həmçinin səsvermə yolu ilə üz qabığı üçün futbolçu seçilən və üz qabığında qadın futbolçu yer alan ilk oyundur.
İlk dəfə olaraq FIFA 16-da 12 qadın milli futbol komandasına yer verilmişdir. Bu milli komandalar Avstraliya, Braziliya, Kanada, Çin, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksika, İspaniya, İsveç və ABŞ-dır. Kompaniyanın vitse-prezidenti Deyvid Rutter bildirmişdir: "Dünyadakı tanınmış qadın futbolçuları və milli komandaları səsvermə yolu ilə oyuna daxil etmək EA Sports üçün möhtəşəmdir." 2013-cü ildə İspaniya milli komandasının kapitanı Veronika Bokute change.org saytı vasitəsilə ərizə yazmış və EA Sportsdan bir oyunda qadın millilərə də yer verilməsini istəmişdir. İlk 24 saat içində 20.000 səs toplanmışdır.
FIFA 16-da həm kişi, həm də qadınların olduğu qarışıq komandalar yoxdur, həmçinin qadın milli komandalarla kişi milli komandalara qarşı oynamaq mümkün deyildir. Qadın milli komandalarla FIFA Qadınlar Dünya çempionatını turnirini oynamaq mümkündür.
Oyundakı 78 stadionun 50-si real həyatda mövcuddur. "Portsmut" klubunun stadionu Fratton Park FİFA-nın kreativ direktoru, Portsmut azarkeşi Simon Habberin 2015-ci ildə xərçən üzündən ölümünün xatirəsinə oyuna əlavə olunmuşdur.
Karyera moduna məşq etmək imkanı da əlavə edilmişdir.
FIFA 16-nın nəşri 28 may 2015-ci ildə anons olunmuşdur.
Ərazi | Oyunçu |
---|---|
Yaponiya | Şinci Kaqava[1] |
Fransa | Antoni Qriezman[2] |
Avstraliya | Stef Ketli Tim Keyhıl |
Meksika | Marko Fabian[3] |
Böyük Britaniya İrlandiya |
Cordan Henderson[4] |
Braziliya | Oskar[5] |
Latın Amerikası (Braziliya və Meksika istisna) |
Xuan Kuadrado[6] |
Polşa | Arkadiuj Milik[7] |
Kanada | Kristina Sinklayr |
ABŞ | Aleks Morqan |
Avstriya | David Alaba[8] |
İtaliya | Mauro İkardi[9] |
Türkiyə | Arda Turan[10] |