Faşizm qurbanlarına abidə

Faşizm qurbanlarına abidə1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. [1]

Faşizm qurbanlarına abidə
Xəritə
50°35′43″ şm. e. 27°38′00″ ş. u.HGYO
Ölkə Ukrayna Ukrayna
Şəhər Novoqrad-Volınskiy
Yerləşir Novoqrad-Volınsk[d]
Heykəltaraş İ.Tabaçnik
Tikilmə tarixi 1995
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib.

Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub. Bu sadəcə ivritcə yazılmış "Xatırlayırıq" yazısından ibarətdir. [2] Qırmızı üçbucaq göylərə can atan insan canlarını simvolizə edir. Abidəni təşkil edən və yerə doğru istiqamətlənmiş qara üçbucaq isə ağrının və ölümün simvoludur. Abidənin ətrafında da bir neçə qara üçbucaq mövcuddur. Abidənin bütün hissələri ümumilikdə Davud ulduzunu formalaşdırır. Abidənin ideya müəllifi və heykəltaraşı İ.Tabaçnikdir.[3]

  1. "Памятник жертвам фашизма" (rus. ). ujew.com.ua. 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2020.
  2. Леонид Коган. Холокост на Житомирщине (PDF). Dnepropetrovsk : Tkuma. 2010. səh. 29. ISBN 978-966- 1696-30-2.
  3. "Памятник жертвам фашизма, Новоград-Волынский" (rus. ). ua.igotoworld.com. 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]