Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün üçün əlavə mənbələrə ehtiyac var. |
Fahişəlik ödəniş müqabilində, yəni şəxsi simpatiyaya, istəyə əsaslanmadan təsadüfi, nikahdankənar mütəmadi cinsi münasibətlərə girmədir. Fahişəliyin səciyyəvi əlamətləri müxtəlif müştərilərlə cinsi münasibətlərin mütəmadiliyi, ödəniş barədə qabaqcadan razılığın əldə edilməsidir. Bu cinayət obyektiv cəhətdən zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv edilməklə və ya zədələməklə, aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmədə ifadə olunur. Fahişəliyə cəlbetmə ən azı bir şəxsi fahişəliklə məşğul olmağa təhrik edən istənilən hərəkətdir. Fahişəliyə cəlbetmə zərərçəkmişin öz bədənini mütəmadi olaraq satmağa vadar edilməsində, məcbur və təhrik edilməsində, habelə buna tam razı olan şəxsin öz bədənini mütəmadi satmağa yönəldilmə sində ifadə olunur. Qeyd etmək lazımdır ki, mütəmadilik əməlin fahişəlik kimi tövsif olunmasına təsir göstərmir, ödəniş müqabilində cinsi münasibətlərə bircə dəfə də olsun cəlbetmə fahişəliyə cəlb etmənin tərkibini yaradır. Cəlbetmə müxtəlif formalarda ola bilər:
Fahişəliyə cəlbetmə üsulu kimi şantaj zərərçəkmişi rüsvay və ya ifşa edəcək məlumatların maraqlı şəxslərə, məsələn, valideynlərə, qonşulara, iş yoldaşlarına, ailə üzvlərinə, dövlət orqanlarına və ya digər təşkilatlara çatdırılması ilə hədələmədə ifadə olunur. Bu, fiziki zor tətbiq etməyə, belə zor tətbiq etməklə hədələməyə, şantaja, əmlakı məhvetmə və ya zədələməyə aiddir. İstənilən fiziki və psixi zor təkcə fahişəliyə cəlb olunan şəxsə deyil, onun yaxınlarına da ünvanlana bilər. Burada şantaj hədəsi həm doğru faktlara, həm də uydurma və böhtanlara əsaslana bilər. Fahişəliyə cəlbetmə üsulu kimi aldatma zərərçəkmişin işə götürüləcəyinə, düşdüyü çətin vəziyyətdən çıxarılacağına vəd verilməsində və s. kimi hərəkətlərdə ifadə oluna bilər. Aldatma çox zaman törədilən hərəkətlərin bütün xarakterinə aiddir. Buna gələcəkdə nikah qurmağı vəd edərək digər şəxsi müəyyən insanla cinsi əlaqəyə girməklə dilə tutaraq razı salma aid edilə bilər. Burada cinsi əlaqə faktiki olaraq vasitəçilik edənin aldığı mükafata görə icra olunur. Gəlir və ya digər fayda əldə etmək məqsədi fahişəliyə cəlbetmənin əsas meyarıdır. Əməlin hansı üsulla həyata keçirilməsindən asılı olmayaraq, əsas məqsəd gəlir və ya digər fayda əldə etmək olur.
icraçı bir və ya bir neçə şəxsi seksual xarakter daşıyan hərəkətləri həyata keçirməyə məcbur edir və ya bunu etməyə cəlb edir. Seksual xarakterli hərəkətlər aşağıda göstərilən yollarla həyata keçirilir;
Yuxarıda qeyd olunmuşdu ki, zorlama insanlıq əleyhinə cinayət kimi Nürnberq və Tokio tribunallarının nizamnamələrində əks olunmamışdı. Məsələn, Tokio Tribunalı Koreya qadınlarını güclə kölə edilib yapon əsgərləri üçün fahişəliyə məcbur edilməsini aydınlaşdırmış və bunu zorlama kimi yox, fahişəliyə məcburetmə kimi müəyyən etmişdi. Avropa Şurası Nazirlər Komitəsi 30 aprel 2002-ci ildə üzv dövlətlər üçün qadınların zorakılıq hallarından qorunması haqqında Tövsiyə qəbul etmişdir. Tövsiyənin zorakılığa qarşı əlavə tədbirlər bölməsində göstərilir ki, münaqişə şəraitində və münaqişədən sonrakı şəraitdə zorakılığa qarşı tədbirlərin görülməsi üçün üzv dövlətlərə tövsiyə edilir ki, zorlama, köləlik, məcburi hamiləlik və məcburi sterilizasiya kimi cinsi zorakılıqların qarşısı alınmalıdır. Zorlama və fahişəliyə məcburetmə dinc şəraitdə mülki əhaliyə qarşı sistematik və ya genişmiqyaslı hücumun tərkib hissəsi kimi çıxış etdiyi halda insanlıq əleyhinə cinayət kimi, müharibə şəraitində baş verən zaman isə müharibə cinayətləri kimi tövsif olunmalıdır. Məsələn, Bosniya-Herseqovina Serb qüvvələri Bosniyanın şimalında işğal etdikləri şəhərdə sistematik olaraq 40 gənc müsəlman qadınını cinsi zorakılığa məruz qoymuşdular. Əsgərlər təxminən 1000 nəfər qadın, uşaq və qocanı 8 avtobusa yığaraq müxtəlif yerlərə, xüsusi təşkil edilmiş "etnik təmizləmə" yerlərinə, meşələrə, çay kənarlarına apararaq zorlayırdılar. Bu cinayətin icraçıları zorakılığa məruz qalanlara bildirmişdilər ki, onlar bu cinayəti könüllü olaraq yerinə yetirmirlər, bu, komandanlıq tərəfindən onlara verilmiş bir əmrdir . Məhz elə bu elementi nəzərə alaraq qeyd etmək lazımdır ki, serblər tərəfindən zorakılığın edilməsi müharibə cinayətlərinin tərkibini yaradır və bu, müharibə taktikasının prinsiplərindən biri hesab olunmalıdır.