Fahişəlik

Turinin küçələrində fahişə potensial müştəri ilə söhbət edir. 2005-ci il

Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə.[1][2] Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir.

Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur.[3] Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.[4]

Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır.[5]

Molla Nəsrəddin jurnalının XIII buraxılışının üz qabığı. Fahişəlik haqqında ərizəni oxuyan kişilər.

Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı. Sovet İttifaqının dağılması nəticəsində meydana gələn iqtisadi tənəzzül bir çox mövcud və ya keçmiş kommunist ölkələrində fahişəliyin artmasına səbəb oldu.[6]

2009-cu ildə Meksikada fahişə.

XXI əsrdə Əfqanıstanda gənc oğlan uşaqlarının istifadə olunduğu "baça bazı" deyilən bir uşağbazlıq üsulu yayılıb.[7]

Sovet İttifaqının dağılmasından sonra hər il minlərlə şərqi avropalı qadınlar Çin, Qərbi Avropa, İsrail və Türkiyədə fahişəlik edir; onların bəziləri peşəyə həvəslə daxil olsa da, bir çoxu aldadılır, məcbur edilir və ya qaçırılır və çox vaxt əsirlik və zorakılıq yaşayır.[8] Dubayda Şərqi Avropa və Asiyadan fahişəlik edən on minlərlə qadın var. Səudiyyə ƏrəbistanıBirləşmiş Ərəb Əmirliklərindən olan kişilər müştərilərin böyük bir hissəsini təşkil edir.[9]

Tibbi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Bəzi yerlərdə fahişəlik cinsi yolla ötürülən xəstəliklərin (CYBH) yayılması ilə əlaqələndirilir. Fahişələrin və onların müştəriləri arasında prezervativ istifadəsinin olmaması HİV-in Asiyada yayılmasında bir amil kimi göstərilir.[10]

  1. "Prostitution – Definition and More from the Free Merriam-Webster Dictionary". Merriam-Webster. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 September 2013.
  2. "Prostitution Law & Legal Definition". US Legal. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2013.
  3. Gus Lubin. "There Are 42 Million Prostitutes In The World, And Here's Where They Live". Business Insider. 17 January 2012. 10 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2015.
  4. "Prostitution Market Value". 22 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2010.
  5. Meghan Murphy. "Prostitution by Any Other Name Is Still Exploitation". VICE. 12 December 2013. 7 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2016.
  6. Wickman, Forrest. ""Socialist Whores": What did Karl Marx think of prostitutes?". Slate Magazine. 5 November 2011. 8 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2011.
  7. Winterdyk, John; Perrin, Benjamin; Reichel, Philip. Human Trafficking: Exploring the International Nature, Concerns, and Complexities. CRC Press. 2011. ISBN 9781439820360.
  8. "312. Trafficking Women after Socialism: from, to and through Eastern Europe". www.wilsoncenter.org. www.wilsoncenter.org. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2021.
  9. "Why Dubai's Islamic austerity is a sham – sex is for sale in every bar". www.theguardian.com. www.theguardian.com. 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2021.
  10. "HIV Prevention and Sex Workers". 2015-07-20. 2013-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]