Fahri Kaya (15 iyun 1930, Kumanovo – 24 mart 2020) — Yazıçı, jurnalist, içtimai-siyasi xadim, dövlət adamı.
Fahri Kaya | |
---|---|
Doğum tarixi | 15 iyun 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 24 mart 2020 (90 yaşında) |
Fəaliyyəti | ədəbiyyat tənqidçisi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Fahri Kaya 1930-cu ilin iyun 15-də Balkan Türklərindən Mustafa Əfəndinin ailəsində dünyaya gəlib. Mustafa Əfəndi Kumanova kəndində Türkcə "İşıq" adlı ibtidai məktəbi açmış və iki il həmin məktəbə müdirlik etmişdi. Fahri kiçik yaşlarında Muqəddəs Xocanın açdığı məktəbə Quran oxumağı və islamın ilk təməllərini öyrənib.
Fahri 1950-ci ildə Üsküp Unversitetinin filologiya fakültəsinə qəbul olunsa da təhsilini Belqrad Unversitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq şöbəsində davam etdirib. Buradakı Ədəbiyatçılar Kulübüna üzv olub. İçtimai fəallığını nəzərə alaraq onu Filologiya Fakültəsinin Tələbələr Birliyinə sədr seçiblər.
Fahri Kaya birinci şeirlər kitabını "İlk adımlar’’ adlandırıb. Bu kitab, İkinci Dünya Savaşından sonra Yuqoslaviyada Türk dilində uşaqlar üçün yazılmış və çap olunmuş ilk kitab olub. Müəllifin "Köyden sesler’’ (1958), "Hoşça kalın" (1965) ve "Çocuk rüyaları" (1991) şeir kitabları uşaqların dünygörüşünün formalaşmasına, onların estetik tərbiyəsinə nə dərəcədə təsir göstəribsə, "Güle güle" (1978) və "Küçük hanım" (1997) və b. heykayələr kitabları da dillərini zənginləşməsinə, vətənsevər və hümanist ruhda böyümələrinə bir o qədər təsir göstərib. Fahri Kayanın uşaq hekayələri 2001-ci ildə Ankarada Milli Eğitim Bakanlığı tərəfindən yenidən çap olunub.