Faina Kunqurova

Faina Kunqurova (doğum adı: Fəridə Mehman qızı Tağıyeva; 10 oktyabr 1974; Bakı, Azərbaycan SSR - 18 noyabr 2007; Penitensiar Xidmətin Müalicə Müəssisəsi, Bakı, Azərbaycan) — azərbaycanlı siyasi fəal.

Faina Kunqurova
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti siyasi fəal
Fəaliyyət illəri 2000—2007

Faina Kunqurova siyasi fəaliyyəti səbəbindən 2002 və 2007-ci illərdə həbs olunub və siyasi məhbus həyatı yaşayıb. 2007-ci il noyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Avropa Şurası tərəfindən Azərbaycan üzrə siyasi məhbuslar siyahısında adı daxil edilən birinci qadın olub.

Həyatı[redaktə | mənbəni redaktə et]

Faina Kunqurova 1974-cü il fevralın 10-da Bakı şəhərində anadan olub. Atası Mehman Tağıyev azərbaycanlı, anası Larisa Anatolevna Kunqurova isə rus-yəhudi idi.

Faina Kunqurova 1980-1990-cı illərdə 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli və bir qız anası idi.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Həbs edilməsi (2002)[redaktə | mənbəni redaktə et]

2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açıldı.[1] Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələndiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub. Daha sonra cinayət işindən 132-ci (adam döymə) maddə 221.3-cü (xuliqanlıq) maddəsi ilə əvəz olunub. 2001-ci il avqustun 24-də cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərildi. Burada Kunqurova məhkəmə kollegiyasının heyətinə etiraz edib və iş Nəsimi Rayon Məhkəməsinə verilib. Kunqurova burada da məhkəmə kollegiyasının heyətinə etiraz edib. Bundan sonra iş əlavə araşdırma üçün geri göndərilib. Aprelin 24-də Kunqurova müstəntiq tərəfindən dindirilməsi üçün çağırılıb. Kunqurova müstəntiqə mitinqə getməyə tələsdiyi üçün vaxtının az olduğunu deyib. Bundan sonra o, polisləri "təhqir etmə" bəhanəsi ilə saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası seçilib. Faina Kunqurova əvvəlcə "Qara Şəhər həbsxanası"nda saxlanılsa da, bir gün sonra Şəhər Baş Polis İdarəsinə aparılıb. Mayın 4-də cəzası başa çatdığı azadlığa buraxılmalı olsa da, barəsində açılan cinayət işinə görə 2001-ci ilin martında seçilən "ev dustaqlığı" qərarını "həbs-qətimkan" tədbirinə dəyişib.[2] Həbs qərarından sonra Azərbaycan İnsan Hüquqları Təşkilatları Federasiyası Faina Kunqurovanı siyasi məhbus olaraq tanıdı və iş üzrə materialları Avropa Şurasının monitorinq qrupunun rəhbəri Pietro Aqoya təhvil verdi. 2002-ci il iyulun 18-də Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Faina Kunqurova 3 il müddətinə azadlıqdan məhrum edildi.[3]

Həbs edilməsi (2007)[redaktə | mənbəni redaktə et]

Ölümü[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Р.БАБАЕВ (Газета Эхо). ""Активистка ДПА – армянка"". www.archives.echo.az (rus.)). 2002. Archived from the original on 2022-10-08. İstifadə tarixi: 14.10.2022.
  2. З.ВЕЛИХАНОВА (Газета Эхо). "Суд по делу Фаины Кунгуровой отложен". www.archives.echo.az (rus.)). 2002. Archived from the original on 2022-10-14. İstifadə tarixi: 14.10.2022.
  3. Радио Свобода. "В Баку к трем годам тюрьмы приговорена активистка оппозиционной Демократической партии Азербайджана Фаина Кунгурова". www.svoboda.org (rus.)). 18.07.2002. Archived from the original on 2022-10-14. İstifadə tarixi: 14.10.2022.