Faiq Abduləvvəl oğlu Əhmədov — Fizika-riyaziyyat elmləri doktoru, professor.[1][2]
Faiq Əhmədov | |
---|---|
azərb. Faiq Abduləvvəl oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri |
Şəki Azərbaycan SSR |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | Ali |
Mükafatları | Əməkdar müəllim |
Faiq Əhmədov 16.10.1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1957-ci ildə Şəki şəhərində orta məktəbi bitirmişdir.
1957–1962-ci illərdə BDU-nun fizika-riyaziyyat fakültəsində təhsil almış,1962–1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olmuşdur. 1966-cı ildə "Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi "mövzusu üzrə dissertasiya müdafiə edərək fizika- riyaziyyat elmləri namizədi adını almışdır. 1966-cı ildən müəllim, baş müəllim, 1971-ci il "Optika və molekulyar fizika" kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1992-ci ildə Rusiya Federasiyasının Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda "Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Ona 1994-cü ildə professor adı verilmişdir. 1994–2011-ci ilədək "Optika və molekulyar fizika" kafedrasının professoru, kafedra müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən -ömrünün sonunadək BDU-nun Appelyasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.
F.A.Əhmədov 15.02.2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
1966 – 2011-ci illərdə Optika və molekulyar fizika kafedrasında çalışmışdır. Apardığı dərslər: Ümumi fizika kursu, Makromolekulların quruluşu və xassələri, Molekulyar qüvvələrin kvant nəzəriyyəsi, NMR və EPR üsulları ilə molekulun quruluşunun və xassələrinin öyrənilməsi.
Elmi işləri makromolekulyar sistemlərdə gedən relaksasiya proseslərinin nəzəri tədqiqinə həsr olunmuşdur. O, polimerlərin relaksasiya mexanizmini araşdırmaq üçün dəyişən parametrli modellər təklif etmiş və onların əsasında müxtəlif quruluş xüsusiyyətlərinə malik olan sistemlərin özlüelastik xassələrinin ümumi və fərqli cəhətlərini göstərmişdir. Makromolekulyar sistemi təşkil edən kinetik vahidlər arasındakı qarşılıqlı təsirin xarakterinin relaksasiya müddətləri spektrinə, spektral xəttlərin eninə təsirini nəzəri olaraq hesablamışdır.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" adına layiq görülmüşdür-2009[3][4]