Faiq Hüsiyev

Faiq Hüsiyev (tam adı: Hüsiyev Faiq Nuruş oğlu; d.7 noyabr 1970, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008).Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini (2009-2015);[1] Teleradio Akademiyasının rektoru (2015-2021); AZTV Analitik qrupun rəhbəri (2021 h/h).

Faiq Hüsiyev
Hüsiyev Faiq Nuruş oğlu
Doğum tarixi (52 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.

1993-1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997-1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998-2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib. 2007-2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv. İnformasiya proqramları" studiyasının direktoru olub.

2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

2015-2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının Rektoru olmuşdur. Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupun rəhbəridir.

Filologiya üzrə fəlsəfə doktorudur. Rus və alman dillərində sərbəst, ingilis dilində orta danışır. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir.

Ailəlidir. Bir qızı və iki oğlu var.

Fotolar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]