Faiq Həsənov (kimyaçı)

Faiq Paşa oğlu Həsənov (15 dekabr 1939, Salah, İcevan rayonu11 mart 2022) — Kimya elmləri namizədi (1981).

Faiq Həsənov
Faiq Paşa oğlu Həsənov
Doğum tarixi 15 dekabr 1939(1939-12-15)
Doğum yeri
Vəfat tarixi 11 mart 2022(2022-03-11) (83 yaşında)
Elm sahəsi kimya
Elmi dərəcəsi Kimya elmləri namizədi (1981)
İş yeri

Həsənov Faiq 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub.

Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir.

1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 50-dən çox elmi əsərin müəllifidir. “Üzvi kimya praktikumu”, “bioüzvi kimya” dərsliklərini və 10-dan çox dərs vəsaiti və tədris metodik işləmələr nəşr etdirmişdir. Əczaçılıq və tibbi biologiya fakültəsinin təlbələrinə üzvi kimya və bioüzvi kimya fənnlərindən mühazirə və təcrübi məşğələ dərsləri aparır.

  • "Üzvi kimya praktikumu", Bakı, "Təbib" nəşriyyatı, 1993. 388 səh.
  • "Bioüzvi kimya", Bakı, "Şirvannəşr", 2002. 360 səh.
  • Qaraqoyunlu, Göyçə, Borçalı və mən”, Bakı 2004.
  • “Qaraqoyunlu, Qaraqoyunlular və mən”, Bakı, 2007.
  • "Bioüzvi kimya", Bakı, "Uniprint", 2010. 506 səh.
  • "Müqəddəs duyğular", Bakı, 2011. 403 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]