İcevan rayonu

İcevan rayonuErmənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur.[2]

Rayon
İcevan rayonu

40°50′ şm. e. 45°00′ ş. u.HGYO


İnzibati mərkəz Karvansaray
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Hündürlük
təq. 2.279 m
Əhalisi
Əhalisi 26 937[1] (1989) nəfər
İcevan rayonu xəritədə

1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir.

İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.

Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.

Qədimlərdən bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də İcevan rayonu ərazisindədir.(Son illərdə Dilican dərəsində mərkəzi Dilican şəhəri olan ayrıca Dilican rayonu təşkil edilib.) Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Qaranlıqdərə Xavaradzor
Xavaradzor Lusadzor 03.01.1935
Saratu Hacdarak
Alaçıxqaya Alaçıx
Haçasu Acaçur
Güney Getaşen 03.01.1935
Getaşen Kirants 25.05.1967
Qaradaş Sevkar
Aşhigah Lalakənd
Lələkənd Lalikyuğ
Lalikyuğ Vazaşen 25.01.1978
Bibiş Berkaber 25.01.1978
Ayrım Polad Ayrim
Karvansara İcevan
Kürdəvan Yenokavan 03.01.1935
Carheç Kuybışev 02.03.1940
Məlikkənd Melikkyuğ
Melikkyuğ Tsaxkavan 02.03.1940
Sarıgah Sarıkyuğ 10.05.1951
Yuxarı Ağdan Aqdan 25.05.1967
Ağdan Qandzakar 25.01.1978
Aşağı Ağdan Morut 25.05.1967
Morut Haxnaxpyur 11.11.1970
Uzuntala (Qaraqoyunlu) Onut 25.05.1967
Onut Aygehovit 12.02.1969
Rəvazlı Ditavan 25.05.1967
Murteyl (Çiçəkbulaq) 25.01.1978
Tala Getahovit 25.01.1978
Haqqıxlı Səməd Vurğun 25.01.1978
Haqqıxlı (Səməd Vurğun) Hovk 1991
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  2. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]