Faiq Nəsib oğlu Musayev — alim, kimya elmləri doktoru, ABŞ-nin Virciniya Universitetinin professoru.
Faiq Musayev | |
---|---|
Faiq Nəsib oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Çaylı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Pedaqoji Universiteti |
Faiq Musayev 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. Həmin universiteti Lenin təqaüdü ilə bitirmişdir.[1]
Hərbi xidməti başa vurduqdan sonra AMEA-nın Qeyri-üzvi və Fiziki kimya İnstitutunun "Quruluş kimyası" laboratoriyasında elmi fəaliyyətə başlamışdır. Kompleks birləşmələrin sintezi, quruluşu və xassələrinin öyrənilməsi sahəsi üzrə elmi tədqiqat işləri ilə məşğul olmuşdur. 1979-cu ildə elmlər namizədi, 1991-ci ildə doktorluq dərəcəsi almışdır. 1993-cü ildən 1998-ci ilədək Tayvanda "Quruluş kimyası" laboratoriyasında fəaliyyət göstərmişdir. 1998-ci ildə Yeni Zelandiya, Braziliya və ABŞ-dən dəvət almışdır. 1998-ci ildən ABŞ-nin Virciniya Universitetinin "Quruluş kimyası" laboratoriyasında çalışır. Həmin universitetin professorudur.[1]
<ref>
etiketi; "bsu.edu.az" adı bir neçə dəfə müxtəlif məzmunla verilib