Faiq Orucəliyev

Faiq Hacı Murad oğlu Orucəliyev (1934, Bakı – 1997, Bakı) — texnika elmləri doktoru (1981), professor, AMEA-nın müxbir üzvü (1989).[1]

Faiq Orucəliyev
Orucəliyev Faiq Hacı Murad oğlu
Doğum tarixi 1934
Doğum yeri
Vəfat tarixi 1997
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi texnika elmləri doktoru (1981)
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü AMEA(1989)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı "SSRİ ixtiraçısı" döş nişanı

Faiq Orucəliyev 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Neft yataqlarının istismarı ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Faiq Orucəliyev 1963-cü ilə qədər "26 Bakı komissarı adına" Neft Qazçıxarma İdarəsində neft hasilatı üzrə operator, Elmi Tədqiqat İstehsalat İşləri Sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963–1997-ci illərdə Azərbaycan EA-nın Dərin Neft Qaz Yataqları Problemi İnstitutunda mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Faiq Orucəliyev 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə edib. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.[1]

Faiq Orucəliyev neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi.[1]

Alim 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb. Onun rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanıb.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Faiq Orucəliyev 1982-ci ildə "Azərbaycanın dəniz qaz-kondensat yataqlarının ehtiyatlarının qiymətləndirilməsi və işlənilməsinin layihə edilməsinin elmi üsulları kompleksinin işlənilməsi istehsalata tətbiqi" işinə görə Azərbaycan SSR Dövlət Mükafatı laureatı adına layiq görülüb, "SSRİ ixtiraçısı" döş nişanı ilə təltif edilib.[1]

  • "Azərbaycanın neftçi alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2007, 252 s.
  1. 1 2 3 4 5 6 7 "Faiq Orucəliyev" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]