Faiq Rüstəmov — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Rəsulzadə qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.[1]
Faiq Rüstəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rəsulzadə qəsəbəsi, Bakı, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Rüstəmov Faiq Əli oğlu, 3 iyun 1966-cı ildə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində anadan olub. 1973-cü ildə Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Məktəbi bitirdikdən sonra 1981-ci ildə 84 nömrəli peşə məktəbinə daxil olub. 1983-cu ildə həmin peşə məktəbində avtomobil elektriki ixtisasına yiyələnib. 1984-1986-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi hava desantı hissəsində qulluq edib. 1988-ci ildə təhsilini Neft-Kimya İnstitutunun Energetika fakültəsinə daxil olaraq davam etdirib. Axşam təhsil aldığı üçün gündüzlər 9-cu mikrorayondakı MİS-lərdən birində elektrik işləyib.
1991-ci ilin dekabrında universitetin 4-cü kursunda olanda Milli Ordu sıralarına könüllü yazılır. Füzuli, Laçın, Qubadlı və Şuşa döyüşlərində iştirak edib. Bir sıra döyüşlərdə Çingiz Mustafayevlə birlikdə olub. 15 may 1992-ci ildə Turşsu yaxınlığında döyüşlərin birində qolundan və qarın nahiyyəsindən yaralanmışdı. 2 gün sonra Hərbi hospitalda cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib. Dünyasını dəyişdikdən sonra anadan olduğu evin yerləşdiyi küçəyə onun adı verilib.[2]