Famadihana - Madaqaskarda yaşayan yerli xalqlara məxsus xüsusi dəfn ritualı. Sümüklərin çevirilməsi və ya dəfn edildiyi yerdən çıxarılması kimi də başa düşülən rituala görə insanlar öz əcdadlarına məxsus məzarları 5-7 il birdən yenidən açır, cəsədləri yeni parçaya bükür və həmişə xatırlanması üçün adlarını parçanın üzərinə yazırlar.
Ritualın növbəti hissəsi olaraq cəsədlər başlarının üzərində danışanaraq rəqs edilir və cənzalar ailə məzarlarına qaytarılmazdan əvvəl məzarlığın, bəzi hallarda isə vəfat etmiş şəxsin yaşadığı evin ətrafında dövrələr vurulur. Malaqas xalqına görə Famadihana ritualının təşkil edilməsində əsas məqsəd vəfat etmiş şəxsin ruhuna ehtiram göstərmək və onun keçmiş həyatını xatırlamqdan ibarətdir.[1]
Famadihana, Cənub-Şərqi Asiya və Okeaniyadan gələn toplu dəfn adətlərinin yerli əhali tərəfindən uyğunlaşdırılmış forması olsa da, XVII əsrdən etibarən Madaqaskarın özünə məxsus milli adət və ənənəsi kimi çıxış etməyə başlamışdır. Adətin təşkil edilməsində bir digər məqsəd isə dəfn edilmiş şəxsin ruhuna rahatlıq gətirmək və onun olduğu aləmdəki həyatını asanlaşdırmaq prinsipinə söykənkənməkdədir. Madaqaskarda sözügedən ritual əsasən 5-7 il birdən bir icra edilməkdədir. Dəfn edilmiş şəxsin məzarı ekshumasiya edilir və məzar tamamilə açılır.
Məzardan çıxarılan cəsəd xüsusi olaraq hazırlanmış ağ parçaya büküldükdən sonra xüsusi ritualların icrasına başlanılır və adətən həmin də gündə rituallar yekunlaşdırılaraq yenidən dəfn prosesi icra edilir. Madaqaskar folkoloruna görə Famadihana ritualı ailələrin bir araya gətirilməsi, qohum-əqraba münasibətlərinin qorunub saxlanılması, hətta bəzi küsülü münasibətdə olan qohumların, yaxınların barışması üçün əla fürsətdir.
XIX əsr müddətincə XX əsrin əvvələrinə qədər Famdihana ənənəsi ölkədə geniş yayılmış olsa da, zamanla istifadəsi və tətbiq edilməsi azalmışdır. Xüsusi ilə Madaqaskarda Xristianlıq dinini yayılması ritualın təşkil edilməsində ciddi azalmaya səbəb olub. Madaqaskarda yaşayan bir şəxsin BBC-yə verdiyi müsahibəsində ifadə edib ki, Bu ənənə bizim üçün vacibdir, çünki bu, bizim ölülərə olan hörmət tərzimizdir. Bu, həm də ölkənin hər yerindən bütün ailənin bir araya gəlməsi üçün bir fürsətdir.[1][2]
Cəsədlərin məzarladan çıxarılaraq ekshumasiya edilməsi Madaqaskarda pnevmonik vəba epidemiyasının yayılması təhlükəsini artırmaqdadır. Mümkün vəba xəstəliyinin yayılmasının qarşısını almaq məqsədi ilə Madaqaskar hökuməti yerli əhaliyə Famadihana ritualını icra etməyi qadağan etsə də, sözügedən qadağaya məhəl qoymayan və ritualı gizli şəkildə təşkil edən icmalara rast gəlinməkdədir.[3]