Fanaqoriya adası — Zed adaları arxipelaq qrupunun ən böyük üçüncü adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarındakı Livinqston adasında, Zed qrupunun şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 700 m, eni 500 m, səthinin sahəsi isə 20 hektardır.[1] Ada qonşu adalar olan Esperanto adasından 70 m və Lesidren adasından isə 130 m məsafədə yerləşmişdir. Ada Vilyams zirvəsindən 2.1 km şimalda yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.
Fanaqoriya adası | |
---|---|
ing. Phanagoria Island | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 200000 km² |
Uzunluğu | 700 km |
Eni | 500 km |
Yerləşməsi | |
62°26′03″ c. e. 60°09′46″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Arxipelaq | |
|
Ada Böyük Bolqar xanlığının şəhərlərindən biri olan Fanaqoriyanın adını daşıyır.
Fanaqoriya adası 62°26′03″ c. e. 60°09′46″ q. u.HGYO koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir.