{{{adı}}}
|
Faneyl-holl (ing. Faneuil Hall) — Massaçusets ştatının Boston şəhərində tarixi bina. Sahil və Boston hökumət binasının yaxınlığında yerləşir.
1742-ci ildən bazar və konfrans zalı kimi fəaliyyət göstərir. Samuel Adams, Ceyms Otis və Birləşmiş Krallıqdan müstəqilliyin digər tərəfdarları burada çıxış etmişdilər. Bina hazırda Azadlıq cığırı və Boston Milli Tarix Parkının bir hissəsidir. Bəzən onu "Azadlıq beşiyi" də adlandırırlar.[1] Tarixi Azadlıq cığırındakı on altı nöqtənin on birincisidir.