Fardilyer - öz-özünə hərəkətə gələ bilən, ilk avtomobil. Fardilyer buxar maşınının sayəsidə hərəkət edirdi. Fardilyer fransız hərbiçisi və ixtiraçısı Nikolas Yozef Kuqnot tərəfindən 1765-ci ildə ixtira edilmişdir. Onun çalışmaları 3 il davam etmişdir. 1769-cu ildə yekunlaşan çalışmalara əsasən, 3 təkərli fardilyerin ön hissəsinə qazan əlavə edilmişdir. Fardilyer fransız ordusu üçün nəzrədə tutulmuş, hərbi traxtor idi. Onun istifadəsi velosiped istifadəsinə yaxın idi və gecə vaxtıda rahat şəkildə idarə etmək olurdu. Sükan arxasında əyləşən şəxs, rahat şəkildə hər üç təkəri idarə edə bilirdi. Fardilyer saatda 4–5 km sürətlə hərəkət edə bilirdi. Dünya tarixində ilk dəfə avtomobil qəzası fardilyerin təqdimatı zamanı baş vermişdir. Hadisə nəticəsində, fardilyer sürətlə divara çırpılmışdır. Nikolas Yozef Kuqnot tərəfindən yaradılan ilk fardilyer Paris şəhərində yerləşən sənaye muzeyində saxlanılır.