Fardye — öz-özünə hərəkətə gələ bilən, ilk avtomobil. Fardye buxar maşınının sayəsində hərəkət edirdi.
Fardye fransız hərbçisi və ixtiraçısı Nikola Jozef Künyo tərəfindən 1765-ci ildə ixtira edilmişdir. Onun çalışmaları 3 il davam etmiş və 1769-cu ildə yekunlaşan çalışmalara əsasən, 3 təkərli fardyenin ön hissəsinə qazan əlavə edilmişdir. Fardye fransız ordusu üçün nəzərdə tutulmuşdu. Onun istifadəsi velosiped istifadəsinə yaxın idi və gecə vaxtı da rahat şəkildə idarə etmək olurdu. Sükan arxasında əyləşən şəxs, rahat şəkildə hər üç təkəri idarə edə bilirdi. Fardye saatda 4–5 km sürətlə hərəkət edə bilirdi.
Dünya tarixində ilk avtomobil qəzası da fardyenin təqdimatı zamanı baş vermişdir. Hadisə nəticəsində, fardye sürətlə divara çırpılmışdır.
Nikola Jozef Künyo tərəfindən yaradılan ilk fardye Paris şəhərində yerləşən sənaye muzeyində saxlanılır.