Fariz Babayev (nefroloq)

Fariz Hənifə oğlu Babayev — Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri, Tibb elməri namizədi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu, "Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası" publik hüquqi şəxsin direktoru. Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür. 23 iyun 2018-ci ildə "Tərəqqi Medalı" ilə təltif edilmişdir.[1]

Fariz Hənifə oğlu Babayev
Doğum tarixi (61 yaş)
Doğum yeri Azərbaycan Respublikası. Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Hənifə Babayev
Elm sahəsi Təbabət
Elmi dərəcəsi tibb elmləri namizədi
İş yeri M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru
Tanınır Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri
Mükafatları “Qızıl Fonendoskop”,“İlin həkimi”,“Şəfalı əllər”, “Hippokrat” diplomu, Tərəqqi medalı"Tərəqqi" medalı

Babayev Fariz Hənifə oğlu 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə orta məktəbi "Qızıl medal" ilə bitirmişdir.

1980–1986-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə pofikaktika fakültəsində təhsil almışdır.

Fariz babayev 1986-cı ildə Azərbaycan Tibb Universitetini "Fərqlənmə diplomu" ilə bitirmişdir.

1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1989–1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçmişdir.

1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi,1994-cu ildən böyük elmi işçi kimi çalışmışdır.

Fariz Babayev 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə etmişdir. Hazırda Ə.Əliyev adına Az.DHTİ-nin hemodializ laboratoriyasının böyük elmi işçisi, 2003-cü ildən Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.[2]

16 Sentyabr 2021-ci il tarixində "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Vuqar Qurbanovun əmrinə əsasən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin edilmişdir.

2003-cü ildən başlayaraq Səhiyyə nazirliyinin rəhbərliyi ilə Azərbaycanda hemodializ xidmətinin yenidən qurulması və təşkilində böyük əmək sərf etmiş, hemodializ uzrə gənc kadrların praktik hazırlanmasında və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə instutuntn bazasında yaradılan nəzəri kursların tədrisində aktiv iştirak etmişdir. Hal-hazırda da ölkədə fəaliyyət göstərən 41 hemodializ mərkəzinin fəaliyyətinə öz diqqət və məsləhət-konsultativ köməyini əsirgəmir.

2006-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarı ilə "Xroniki böyrək catışmazlıgı" üzrə qəbul olunan və 2020-ci ilə qədər hər beş il üçün yenidən işlənən Dövlət Proqramının hazırlanmasında və tərtibində yaxından iştirak etmişdir. Hazırda doktorluq dissertasiyası elmi işini tamamlamışdır.[3]

Dünya və Avropa Nefroloqlarının ABŞ, İspaniya, Çexiya, İtaliya, Fransa, Şotlandiya, Rusiya, Gürcüstan, Almaniya, Qazaxıstan. Honq-Qonq, Hollandiya, Türkiyə. Macarıstanda keçirilən konfrans və konqreslərinin iştirakçısıdır. 2009-cu ildə Səhiyyə Nazirliyinin göndərişi ilə Türkiyə Cümhuriyyətində, 2010-cu ildə nefroloji və transplantoloji yardımın təşkili üzrə Almaniyanın Berlin şəhərində ixtisasartırma kurslarında olmuşdur.

2004-cü ildə "Vektor" Beynəlxalq Elmi Mərkəzi komissiyasının qərarı ilə "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif olunmuşdur.

Fariz Babayev 1 səmərələşdirici təklifin, 2 metodik tövsiyənin, 18 elmi-publisistik, 30-dan artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir.

"Həyatın iksiri", "Xroniki böyrək çatışmazlığı" adlı kitabların həmmüəllifidir.

Haqqında "Azərbaycan Səhiyyəsi bu gün", "Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə", "Siyasi ləyaqət nümunəsi", "Lənkərandan olan ziyalılar", "Sağlamlığın bələdçisi", "XXI əsrin ziyalıları" adlı toplularla məlumatlar dərc edilmişdir.

Bir sıra Fəxri Fərman və Diplomlara, həmçinin Azərbaycan İnkişaf Mərkəzinin "Peşəkar Həkim" dipölomuna layiq görülmüşdür.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 213 nömrəli sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Fariz Babayev 2019-cu ildən Azərbaycan Respublikasının Baş Nefroloqu təyin edilib

Hobbisi musiqi və publisistikadır. Bir neçə mahnının, həmçinin məşhur "Lənkəran" mahnısının bəstəçisidir.

2014-cü ildə "Xatirələrim, düşüncələrim, müşahidələrim və yaxud mən kiməm ?" adlı publisistik kitabı çap olunmuşdur.

8 Fevral 2019-cu ildə Azerbaycan Nefroloqlar Cemiyyetinin 2-ci beynelxalq nefroloji, dializ ve transplantoloji konqressi kecirilib ve Fariz Babayev Azerbaycan Nefroloqlar Cemiyyetinin sedri secilib.

Ailəlidir, həyat yoldaşı həkimdir. Hər 2 övladı tibb universitetinin tələbəsidir.

Atası Hənifə Babayev

Babayev Hənifə Bayram oglu, uzun illər Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarinda və Ümumittifaq Elmi-Tədqiqat "Su geologiyasi" instituitunda laboratoriya və sektor müdiri vəzifələrində çalışmış, Xəzər dənizinin fitoplanktonunun, hidrosferin və biosferin ekoloji problemlərinin öyrənilməsində Azərbaycanın ən görkəmli elm xadimlərindən biri olmuş, bu məsələlərə dair 5 fundamental monoqrafiyanın və 50-dən artıq elmi məqalənin müəllifidir.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Monoqrafiyaları

1."Həyatin iksiri",1995 , 156 səh. (H.B.Babayevlə birlikdə)

2. "Xroniki böyrək çatışmazlıgı",2007, 176 səh. (M.C.Cavad-zadə və İ.M.Həmidovla birlikdə)

3."Организация гемодиализной помощи в Азербайджане", 2016, 256 səh.

Elmi işlərinin siyahısı

1.Наш опыт лечения септических абортов, осложненных острой почечной недостаточностью. Матер. конф. Аз.ГИУВ им. А.Алиева, Баку. Соавторы: Зейналов Дж.Гамидов И.Кадыров А.

2.Клинико-диагностическое значение изучения мембранных нарушений при почечных заболеваниях.Сборник научных трудов "Актуальные проблемы здоровья населения" Баку 1996.-С. 51–53. Соавторы:Мамедов Р.

3.Клиническая оценка применения препаратов Карлон и Карлон-плюсь в нефрологической практике.Материалы конференции кардиологов, Баку 2001.- С. 21–23. Зейналов Дж. Соавторы:Мамедов Р.Гамидов И. Кадыров А.

4.Некоторые особенности форменных элементов крови у больных с хронической уремией. Азербайджанский Медицинский журнал.Баку.- 2001. -№2–3.- С. 41–45

5.Иммунологически и мембранные нарушения у нефрологических больных. Материалы конф. АзГИУВ им. А.Алиева, Баку.- 2002.- С. 32–35

6.Некоторые особенности и клиническое значение диализирующих растворов для аппаратов искусственной почки. Журнал "Здоровье", Баку.-2004.- №8.- С.81–83. Соавторы: ДжавадзадеМ.Гамидов И.

7. Особенности показателей допплерографии у больных с почечной недостаточностью и диабетическим нефросклерозом.Журнал "Здоровье", Баку.- 2004.- № 6. -С.30–32. Соавторы:Гаджимурадов. Джавадзаде С. Ибрагимов С.

8.Гемодиализ в Азербайджане и наш 35-летний опыт. Журнал "Достижение науки и техники", Баку.- 2005.- С.79–84.Соавторы: Гамидов И.

9.Клинико-практическое значение применения допплерографии в нефрологии. Методические рекомендации. Баку.- 2005, 18 стр.Соавторы:Ибрагимов С. Гаджиева Ф.

10. Функциональное состояние печени при хронической почечной недостаточности. Журнал " Здоровье", Баку.- 2005.- №6.- С.94–96. Соавторы: Насирова К.

11.Характеристика некоторых функциональных показателей почек при диабетическом нефросклерозе, осложненный почечной недостаточностью. Материалы конф. АзГИУВ им. А.Алиева, Баку.- 2005.- С. 10–14.Соавторы: Джавадзаде М Гамидов И. Караев М.

12.Хроническая почечная недостаточность.Монография, Баку.- 2007.- 175 с. Соавторы:ДжавадзадеМ. Гамидов И.

13.Применение препарата Хофитол в нефрологической практике. Журнал "Консилиум",Баку.- 2010.- №5.- С.8–9

14. Клинический анализ летального исхода гемодиализных больных. Журнал "Здоровье" Баку.-2010.- №7.- С. 199–203.

15.О результатах применения перитониального диализа при хронических заболеваниях почек. Журнал "Здоровье", Баку.- 2010.- №8.- С. 188–193. Кулиев Э. Алиев С. Алмамедов Ф. Джалалов М.

16.Информационная брощюра для больных получающих перитониальный диализ. Баку.- 2011.- 29 с. Алмамедов Ф. Ахадов Р.

17. Состояние гемодиализной службы в Азербайджане. Журнал "Нефрология и диализ", Киев.- 2011.- №1. С. 25.

18.Об организации работы гемодиализных отделений. Методические рекомендации, Баку.- 2011.- 82 с. Агаев М. Исрафилов А. Ахадов Р.

19.Информационная брошюра для гемодиализных больных Баку.- 2012.- 31 с. Джалалов М.

20. Клинический протокол по гемодиализу. Баку.- 2011.- 28 с. Фигаров И. Исмайлов И. Абдуллаева Р.

21.Организация заместительной терапии в Азербайджанской республике. Материалы III Конгресса нефрологов стран СНГ, Тбилиси.- 2014.- С.132–134 Алекперова А

22.The Role of a Single Center Experience in Azerbaijans Nephrology Field Experimental and Clinical Transplantation Offical journal of the Middle East society for organ Transplantation. Ankara April 2015. Vol 13, p. 266–268. İsmayılov Н. Qadimov S. Müslümov K.Huseinov X.

23.Методы исследования развития кардиоваскулярных осложнений у больных хронической болезнью почек. Медицинские кадры ХХI века, Бишкек.- 2013.- № 4.- С. 55–59. Гусейнов Х.М

24.Изучение состояния больных с ХПН, получающих программный гемодиализ Медицинские кадры ХХI века, Бишкек.- 2013.- № 4.- С. 59–64. Гусейнов Х.М

25.Анализ причин острой почечной недостаточности Медицинские кадры ХХI века. Бишкек 2014 № 2.- С . 94–97. Гусейнов Х.М

26.Факторы развития нутритивных нарушений у больных хронической почечной недостаточностью. Медицинские кадры ХХI века. Бишкек.- 2014.- № 2.-С. 98–103. Гусейнов Х.М

27.Особенности системы гемостаза у больных с почечной недостаточностью, экстренно и планово начинающих лечение гемодиализом Sağlamlıq – здоровье – Health. Баку.- 2015.- №1.- С. 63–70. Гусейнов Х.М

28.Prevalance of virtal hepatitis B and C in hemodialysis patients. Experimental and Clinical Transplantation. Offical journal of the Middle East society for organ Transplantation. Ankara May 2015. Vol 13, sup.2., p. 52. Sultanova А. Ismayilov Н., Huseinov H.

29. Use of catheters for vascular access among hemodialysis patients: A single center`s experience. Experimental and Clinical Transplantation. Offical journal of the Middle East society for organ Transplantation. Ankara May 2015. Vol 13, sup.2., p. 56–57. Muslumov K., Ismayilov H., Huseinov H.

30.Нарушение внутрипредсердной проводимости у пациентов терминальной почечной недостаточностью, получающих программный гемодиализ и постоянный амбулаторный перитониальный диализ. Методические рекомендации, г. Баку.-2015.- 25 с. Гусейнов Х.М

31.Сравнительная оценка качества жизни у больных с терминальной уремией на гемодиализе и перитонеальном диализе Журнал "Хирургия Кыргызстана", Бишкек.-2014. № , с.13–18 5стр Гусейнов Х.М

32.Выживаемость и качество жизни больных при заместительной почечной терапии. Журнал "Хирургия Кыргызстана", Бишкек.-2014. № , с.19–26. 7стр Гусейнов Х.М

33.Влияние диализной терапии на показатели нутритивного статуса у больных с терминальной почечной недостаточностью Журнал "Здоровье", Баку.- 2015.-№ 2, с.83–88. 5 стр. ГусейновХ.М

34.Служба гемодиализа в Азербайджанской Республике Казанский медицинский журнал 2015 № 4 том ХСVIс .578–580. 3 стр. Гусейнов Х.М

35. Состояние системы гемостаза у больных хронической болезнью почек , находящихся на программном гемодиализе. Вестник Российской военно-медицинской академии, Санкт-Петербург ,2015 ,№ 4 (52) c.84–87. 4 стр. . Гусейнов Х.М

2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.

Avropa Böyrək Assosiasiyasının üzvü

Dünya Nefroloqlar Cəmiyyətinin üzvü

Dünya Transplantoloqlar Cəmiyyətinin üvzüdü. Həmin Cəmiyyətin Azərbaycan, Orta Asiya Ölkələri, İran və Pakistan üzrə əlaqələndirici konsuludur.

1992-ci ildə Nefrologiya üzrə,

1995-ci ildə Urologiya üzrə,

2003-cü ildə Nefrologiya və homodializ üzrə,

2007-ci ildə Səhiyyə nazirliyinin göndərisi ilə Türkiyə Cumhuriyyətində Nefrologiya üzrə,

2011-ci ildə Moskva Tibb İnstitutu nəzdində Nefrologiya üzrə.

2002-ci ildə "Qızıl Fonendoskop",

2004-cü ildə "İlin həkimi"

2005-ci ildə "Şəfalı əllər"

2006-cı ildə "Hippokrat" və bir çox diplomlara layiq görülmüşdür.

Haqqında "XXI əsrin ziyalıları" (2004), "Şəfalı əllər" (2007), "Sağlamlığın bələdçisi" (2007) adlı biblioqrafik toplularda məqalələr dərc olunmuşdur.

Doktor Fariz babayev 2005-ci ildən Səhiyyə Nazirliyinin 118 saylı əmrinə əsasən yaradılmış "Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi" komissiyasının üzvüdür.

23.06.2018-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən sərəncama əsasən, səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Fariz Babayev "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Səhiyyə Nazirliyinin 11 Mart 2019-cu il 13 saylı əmri ilə Fariz Babayev Azərbaycan Respublikasının Baş Nefroloqu təyin edilmişdir. 

İş yeri: Akademik M.Cavadzadə adına Respublika Uroloji Kliniki

  1. "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-01.
  2. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-07.
  3. "Arxivlənmiş surət". 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-01.

Azərbaycan Respublikasının səhiyyə işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.23 iyun 2018[1]

Fariz Babayev.[2]

http://www.sehiyye.gov.az//files/pdf/2019/31_2019.pdf Arxivləşdirilib 2019-03-26 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

saglamTV. Fariz babayev. Nefroloq. Böyrək çatışmazlığı nədir? Böyrək çatışmazlığının çarəsi.[3]

  1. Sitat səhvi: Yanlış <ref> teqi; president.az adlı istinad üçün mətn göstərilməyib
  2. Sitat səhvi: Yanlış <ref> teqi; wikimed.az adlı istinad üçün mətn göstərilməyib
  3. "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-01.