Farm Tomita

Fermadan görüntü.

Farm Tomita (ファーム富田?)Hokkaydo adasının Soraçi rayonunun Nakafurano şəhərində yerləşən çiçək ferması. Ferma yaz və payız fəsillərində ziyarətçilərin üzünə açıq olur. Quru çiçəklərdən suvenir mağazaları, muzey və parklara iş saatlarında giriş pulsuzdur. Fermada əsas üstünlük təşkil edən çiçək lavandadır.[1]

Hazırda fermada 15 ha sahədə lavanda yetişdirilir. Bundan əlavə, digər çiçək növləri də becərilir. Qışda istixanda lavanda və sardunya yetişdirilməkdədir. Burada avqustun ortalarına kimi müxtəlif bitkiləri görmək mümkündür.[1]

Fermaya ən yaxın stansiya Nakafuranodur. Lakin yay mövsümündə turistlərin daşınmasını asanlaşdırmaq üçün burada xüsusi stansiya işləyir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk illər[redaktə | mənbəni redaktə et]

Fermadan görüntü.

1897-ci ildə Hokkaydo prefekturasında mənimsənilməmiş torpaqların istifadəsi haqqında qanun qəbul edilir. Qanunun qəbul edilməsilə Hokkaydoda miqrantların sayı qəflətən artır. İnsanlar buradakı boş torpaqları istifadə etmək üçün adaya axışmağa başlayırlar. Honşu adasından gələn Tokuma Tomita da onlar arasında idi.[1]

1903-cü ildə Tokuma Tomita öz adını daşıyan ferma – təssərrüfat qurur və ərazidə meliorasiya tədbirlərinə başlayır. 1953-cü ildə zamanının novatoru hesab edilən Ueda Yoşikazu ilə görüşən Tokumanın nəvəsi Tadao Tomita 1958-ci ildə ətir istehsalı üçün lavandanın becərilməsinə başlayır. İş 10 ar ərazi sahəsi ilə başlayır. Daha sonra ərazi 1,2 hektar, bütün Nakafuranoda təkcə lavanda becərilən ərazilər isə 230 hektara qədər genişləndirilir, lakin qəflətən sürətlə azalmağa başlayır. Həmin dövrdə 250 lavanda yetişdirən ferma öz yüksəlişini yaşayırdı. 1972-ci ildən Yaponiyada aşağı qiymətli ətirlərin liberallaşdırılması, neft idxalı, sintetik qoxuların əldə edilməsi texnikasının yaradılması nəticəsində istehsal olunan lavanda yağının qiyməti kəskin aşağı düşür. 1973-cü ildə ətrafda lavanda becərən fermalar demək olar ki, Farm Tomita olur.[1]

Yüksəliş[redaktə | mənbəni redaktə et]

Fermada təqdim olunan lavanda dondurması.

1976-cı ilin mayında Yaponiyanın dövlət dəmiryolu təqvimində Farm Tomita-nın fotoşəkilləri yerləşdiriləndən sonra tədricən buraya turist və fotoqraflar gəlməyə başlayır. Həmçinin, "Xalqın şimalından" doramasının yayımlanması fermanı daha da məşhur edir.[1]

1980-ci ildə efir yağları və onlardan ətirlərin alınmasına başlanılır. "Popurri evi" açılır, kosmetika istehsal etmək üçün lisenziya əldə edilir, "FURANO" adlı orijinal lavanda ətirləri istehsal olunur. 1987-ci ildə isə sabun istehsalı üçün lisenziya alınır və "Soap Lavander" adlı orijinal lavanda ətirli sabunlar buraxılır. O vaxta qədər hələ də işləri apara bilmək üçün davam etdirilən düyü becərilməsi işi tamamilə dayandırılır və bütün güc çiçəklərin yetişdirilməsi və emalına sərf olunur.[1]

1990-cı ildə Fransada keçirilən Lavanda ətir yarmarkasında birinci yeri Farm Tomita tərəfindən buraxılan "Okamura Saki" efir yağları tutdu. Həmin ildə şirkət həm də "Autoprovanslar – lavandanın dostu cəngavəri" adını aldı. Bu ad Fransanın cənubunda lavanda becərən adlı-sanlı təşkilatlara verilən tituldur.[1]

Bundan sonra soyuq qışda istixanada lavanda yetişdirilməsinə başlanılır, qurudulmuş bitkilərdən ibarət xüsusi muzey açılır.[1]

2008-ci ilin iyun ayında Nakafuranodakı Lavanda fermasının 50 illiyi münasibətilə qonşu Kamifuranoda "Farm Tomita Lavander East" istifadəyə verilir.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Tomita ferması". Yapon.az (az.). 14 oktyabr 2017. 2020-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]