Lavanda (lat. Lavandula)[3] digər adları: rəngli ot; levanda; lavenda və s. — dalamazkimilər fəsiləsinə aid bitki cinsi[4].
Lavanda | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Lavanda |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur.Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır.
Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir. Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində, tibdə və məişət kimyasında istifadə edilir. Lavanda yaxşı bal verən bitki hesab olunur və eroziya əleyhinə bitki kimi istifadə edilir.[5]
Avropada lavandanı XVI əsrin axırlarında becərməyə başlamışlar. Rusiya ərazisinə lavanda XIX yüzilliyin ikinci yarısında gətirilmişdir. Lakin, ilk dəfə sənaye halında plantasiyalar şəklində becərilməsinə 1929-cu ildə Krımda başlamışlar. 1937-ci ildə lavanda Krasnodar vilayətində, 1945-ci il-lər Moldovada becərilməyə başlanmışdır. Onun ümumi əkin sahəsi 9 min hektara yaxın, məhsuldarlığı isə 20-30 s/ha - dır.[5]
Lavanda:The Plant List saytında takson barədə məlumat. (ing.)