Farnavazianlar[1] (gürc. ფარნავაზიანები) — e.ə. 299-cu ildən İberiyada hökm sürən bu adla tanınan bir neçə çar sülaləsi.[2]
Farnavazianlar | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Birinci sülalə e.ə. 299-cu ildə Selevkilərin köməyi və hökmranlığı ilə hakimiyyətə gələn I Farnavaz (e.ə. 299–234) tərəfindən qurulmuşdur. İkinci sülalə (həmçinin, Nəmrudilər) e.ə. 159-cu ildə qurulmuşdur. I Mirianın Yervandilər və ya Mehranilər sülaləsindən gəldiyi ehtimal edilir. Mirian birinci sülalənin sonuncu çarı I Saurmaqın kürəkəni idi.[2]
Üçüncü sülalə b.e. 1-ci ilində II Farnavazın nəvəsi çar I Farsman tərəfindən qurulmuşdur. 189-cu ildə Farnavazianlar sülaləsindən olan sonuncu İberiya çarı II Amazaspın bacısından Ermənistan kralı II Vağarşın oğlu I Rev öz əmisini devirmiş və bununla da Arşakilər sülaləsinin İberiya qolunu yaratmış, nəticədə sülalə hakimiyyətdən devrilmişdir.[2]