Fars palıdı

Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır.

Fars palıdı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Fars palıdı
Beynəlxalq elmi adı

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır.

Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür. Bu növ yarpaqların xarici görünüşünə və qozasının formasına görə çox dəyişkəndir.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Son dövrlərdə mədəni yaşıllaşdırmada rast gəlinir.

Tək əkinlərdə, meşəsalmada, parkların yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür.

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh