Fasiya və Qalıq üsulu — (rus. метод мощностей и фаций, ing. method of thickness and facies), çöküntülərin qalınlıq və fasial tərkibinin təhlilinə əsasən müəyyən sahədə yer qabığının şaquli hərəkətinin sürətini, amplitudunu və çöküntülərin əmələgəlmə dərinliyinin dəyişilməsi məsələlərini müəyyənləşdirməyə imkan verir. Hazırda müəyyən çöküntü qalınlığının çökmənin dərinliyinə müvafiq gəldiyi qəbul edilmişdir. Vulkanogen çöküntülərin və bir sıra başqa törəmələrin sürətlə toplanmasını nəzərə alaraq, F. və q.ü. müəyyən düzəlişlə tətbiq edilir.[1]