Fatih Akyel

Fatih Akyel (26 dekabr 1977[1][2], İstanbul) — Türkiyə futbolçusu.

Fatih Akyel
Ümumi məlumatlar
Doğum tarixi 26 dekabr 1977(1977-12-26)[1][2] (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 180 sm
Mövqeyi mərkəz müdafiəçisi[d]
Karyerası
Klub karyerası[* 1]
1996—1997 Türkiyə Bakırköyspor 29 (0)
1997—2001 Türkiyə Qalatasaray 148 (9)
2001—2002 İspaniya Malyorka 5 (0)
2002—2004 Türkiyə Fənərbaxça 70 (0)
2005 Almaniya Bohum 2 (0)
2005—2006 Yunanıstan PAOK 13 (0)
2006—2007 Türkiyə Trabzonspor 33 (0)
2007—2010 Türkiyə Qasımpaşa 36 (0)
2009  Türkiyə Kocaelispor 0 (0)
2010 Türkiyə Təpəcikspor 1 (0)
Milli yığma[* 2]
1997—2004 Türkiyə Türkiyə 64 (0)
Təltif və medalları
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fatih Akyel 1977-ci ildə Türkiyənin İstanbul şəhərində doğulub. Sağ cinah müdafiəçisidir. Karyerasına 1997-ci ildə "Qalatasaray"da başlayıb. "Qalatasaray"ın heyətində 4 dəfə (1997, 1998, 1999, 2000) Türkiyə çempionluğunu qazanıb. 2000-ci ildə isə UEFA Kubokunu və Avropa Superkubokunu başı üzərinə qaldırıb. Həmin il Avropa Superkuboku uğrunda matçda möhəşəm çıxış etmiş və komandasının qələbəsində əsas fiqurlardan biri olmuşdu. 2001-ci ildə İspaniyanın "Malyorka" klubuna tansfer olsa da, bu komandanın heyətində bir rəsmi matça belə çıxa bilmədi. 2002-ci ilin yayında "Fənərbağça"ya transfer edildi. Bu komandanın heyətində 2 il yüksək səviyyədə çıxış etdi. 2004-cü ildən bəri isə düz 6 komanda dəyişsə də, xarakterindəki aqressivlik həmin komandalarda möhkəmlənməsinin qarşısını alırdı. Hazırda "Kasımpaşa"da çıxış edir.

  1. 1 2 Fatih Akyel // Transfermarkt (çd.). 2000.
  2. 1 2 AKYEL FATIH // Argentine Soccer Database (isp.).