Fatimə Cinnah ( فاطمہ جناح;31 iyul 1893[1], Kəraçi, Britaniya Hindistanı – 9 iyul 1967[2], Kəraçi, Pakistan) — Māder-e Millat ("Millətin Anası") olaraq məşhur olan Pakistan siyasətçisi, diş həkimi, dövlət xadimi və Pakistanın qabaqcıl qurucularından biri.[3] Məhəmməd Əli Cinnahın kiçik bacısı idi. 1923-cü ildə Kəlkətə Universitetindən bir diş həkimi dərəcəsi aldı və daha sonra Pakistanın ilk qubernatoru olmuş böyük qardaşı Məhəmməd Əli Cinnahın yaxın adamı və məsləhətçisi oldu.Britaniya Hindistanın güclü bir tənqidçisi, iki millət nəzəriyyəsinin güclü bir müdafiəçisi və Ümumdünya Hindistan Müsəlman Liqasının lider üzvü olaraq ortaya çıxdı.[4]
Fatimə Cinnah | |
---|---|
فاطمہ جناح | |
| |
1.1.1960 – 9.7.1967 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nurul Amin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tatta,Sind, Pakistan |
Vəfat tarixi | 9 iyul1967 |
Vəfat yeri | Kəraçi,Sind, Pakistan |
Dəfn yeri | |
Partiya |
Bütün Hindistan Müsəlman Liqası (1947) Pakistan Müsəlman Liqası (1947-1958) Partiyasız (1960-1967) |
Təhsili | Kəlkətə Universiteti |
İxtisası | Diş həkimi |
Fəaliyyəti | Siyasətçi,müxalifətçi |
Atası | Cinnahbai Punca |
Dini | şiəlik, islam |
Vikianbarda əlaqəli mediafayllar |
Pakistan müstəqillik əldə etdikdən sonra Cinnah, yeni qurulan ölkədə miqrant qadınların məskunlaşmasında ayrılmaz rol oynayan Pakistan Qadınlar Liqasını qurdu. Qardaşının ölümünə qədər ən yaxın köməkçisi olaraq qaldı. Ölümündən sonra Fatiməyə 1951-ci ilə qədər millətə müraciət etmək qadağan edildi; onun 1951-ci ildə millətə etdiyi radio müraciəti Ləyaqət Əli Xan rəhbərliyi tərəfindən ağır senzura edildi.[5] 1955-ci ildə "Qardaşım" kitabını yazdı, ancaq Fatiməni "anti-millətçi material" da günahlandıran qurum tərəfindən senzura görə yalnız 32 il sonra, 1987-ci ildə nəşr olundu. Hətta kitabın əlyazmasından sadəcə bir neçə səhifə çıxarıldı.[6]
Cinnah, 1965-ci ildə hərbi diktator Eyyub xana qarşı prezident seçkilərində iştirak etmək üçün özünün təyin etdiyi siyasi istefadan çıxdı. O, siyasi partiyaların konsorsiumu tərəfindən dəstəkləndi və hərbi tərəfindən siyasi fırıldaqlara baxmayaraq Pakistanın ən böyük iki şəhəri olan Kəraçi və Dəkkə (Banqladeş) qalib gəldi.[7] ABŞ-nin "Time" jurnalı 1965-ci il seçki kampaniyası barədə məlumat verərkən yazmışdı ki, Cinnah Eyyub xan və müttəfiqləri tərəfindən onun təvazökarlığı və vətənpərvərliyinə qarşı hücumlara məruz qalmışdır.[8][9]
Cinnah 9 iyul 1967-ci ildə Kəraçi şəhərində vəfat etdi. Bəzi məlumatlara görə, onun qeyri-təbii səbəblərdən öldüyü iddia edildi. Onun ölümü mübahisələrə məruz qaldı. Ailənin üzvləri sorğu keçirməsini tələb etmişdilər, lakin hökumət onların tələbinə mane oldu.[10][11][12] O, Pakistandakı ən hörmətli qadın liderlərdən biri olaraq qalır və Kəraçidəki dəfn mərasimində təxminən yarım milyon adam iştirak etmişdi.[13]