Mazar-e-Kayd (ing. Jinnah Mausoleum; urdu مزار قائد) — Cinnay mavzoleyi və ya Milli mavzoley kimi tanınan Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın , eləcə də bacısı Fatimə Cinnahın və Pakistanın birinci baş naziri Ləyaqət Əli Xanın dəfn olunduğu yer. Mavzoley Kəraçinin ətrafındakı Camşed məhəlləsində yerləşir. Mavzoleyin tikintisi 1960-cı illərdə tamamlanıb və bütün dünyada Kəraçinin simvolu kimi tanınır. Mazar-e-Kaydın ictimaiyyətə rəsmi açılış mərasimi isə 1971-ci il yanvarın 15-də keçirilib. Bu yer Kəraçiyə gələn xarici turistlər arasında ən populyar turizm istiqamətlərindən biridir.[1]
Mazar-e-Kayd | |
---|---|
ing. Jinnah Mausoleum; urdu مزار قائد | |
| |
Yerləşməsi | |
Ölkə | Pakistan |
Bölgə | Sind |
Şəhər | Kəraçi |
Memarlıq | |
|
|
Dövlət tərəfindən qorunur | |
Vikianbarda əlaqəli mediafayllar |
Mavzoleyin yeri ən böyük qlobal meqapolislərdən birinin ürəyində nəzərdə tutulmuş əhəmiyyətli dərəcədə sakit və rahat yerlərdən biridir. İşıqlarla bəzədilmiş türbə gecə vaxtı bir neçə mil uzaqdan görünür. 23 mart Pakistan günü, 14 avqust Müstəqillik günü , 11 sentyabr Cinnahın vəfatının ildönümü günü və 25 dekabr Cinnahın doğum günü kimi rəsmi və hərbi mərasimlər burada xüsusi hallarda həyata keçirilir. Xarici ölkələrdən olan yüksək vəzifəli şəxslər və məmurlar da rəsmi səfərləri zamanı məqbərəni ziyarət edirlər.[2]
Mavzoley binasını məşhur hindistanlı memar Yəhya Merçant layihələndirib.[3] Mavzoley 54 kvadrat metr olan platformada yerləşdirilmiş əyri Mavritan tağlar və mis qəfəsələrlə ağ mərmərdən hazırlanıb.[4] Tikili 53 hektar ərazisi olan parkda yerləşir və hündürlüyü 4 metr olan platformada və hündürlüyü 43 metr, tərəfi 75 metr olan kvadrat planda inşa edilib. Mavzoleyə divarların hər biri tərəfdən giriş var. On beş ardıcıl fəvvarə bir tərəfdən platformaya gətirib çıxarır və bütün tərəflərdən terraslara malik küçələr giriş darvazalarına gətirib çıxarır. Mavzoleyin daxilindəki yaşıl dörd cərgəli büllur çilçıraqlar Çin Xalq Respublikası tərəfindən hədiyyə edilib.[1] Məqbərənin bütün ətrafı işıqlarla bəzədilən parkla əhatə olunub.[2]
Kompleksin daxilində bir sırada üç qəbir və şimal hissədə bir qəbir var. Şimal tərəfdəki bünövrəsi qara nəbati tərtibat seriyası ilə bəzədilmiş məzar Əli Cinnahın bacısı Fatimə Cinnaha məxsusdur. Bu üç məzarın içində Pakistanın ilk Baş Naziri Liakat Əli Xana məxsus olan məzar da var. Ən cənubdakı məzar Pakistan hərakatının fəallarından biri olan Abdur Rab Niştara məxsusdur. Orta hissədəki məzar isə Pakistanın Vitse prezidenti olmuş Nurul Aminə məxsusdur. Bütün bu məzarlar italyan mərmərindən hazırlanıb və üçqat bünovrədə yerləşən Cinnahın sarkofaqı kimi qutu formasındadır.[2]