Fatimə darvazası və ya Yaxşı hasar keçidi — Livan və İsrail arasında keçmiş sərhəd keçidi. Livan tərəfdə Kəfr-Kilə[1] kəndinə yaxın, İsrail tərəfdə isə Metuladan qərbdədir. Keçid 1982–2000-ci illərdə Cənubi Livan münaqişəsinin sonunda İsrailin Livandan çəkilməsindən sonra bağlanmışdır. Bura 2000-ci ilin yayından bəri Livandan İsrailə çoxlu antiisrail nümayişləri və transsərhəd daş atma meydanı olmuşdur.[2]