Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Fatma Əfəndiyeva;(1906, Qaraqoyunlu mahalı,– 1982, Bakı) — İrəvanın ilk maarifpərvər qadınlarından biri. İrəvan Dövlət Azərbaycan Dram Teatrının ilk qadın aktisası. Görkəmli partiya və dövlət xadimi Bala Əfəndiyevin həyat yoldaşı.
Fatma Əfəndiyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qaraqoyunlu mahalı|Çəmbərək rayonunun Çaykǝnd kəndi. |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Ermənistan SSR |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | Maarifçi, aktrisa, jurnalist. |
Teatr | İrəvan Dövlət Azərbaycan Dram Teatrı |
1906-cı ildə Gəncə quberniyasının Qazax qəzasının Çəmbərək (indiki Krasnoselo) rayonunun Çaykǝnd kəndində anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənddə almışdır.
Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı olmuşdur. Qeyd edilənə görə, Sovet Ermənistanında Türk Qadınlar Klubunun təşkilatçısı və ilk müdiri olan F. Əfəndiyeva orada mədəni-maarif sahəsində xeyli işlər görüb. Əlbəttə, Türk Qadınlar Klubunun təşkilatçısı və ilk rəhbəri kimi, o bura qadınları cəlb edib, onların savadlanması uğrunda maarifçilik işi, təbliğat aparmışdır. Fatma Əfəndiyeva Ermənistanda 20-ci əsrin iyirminci illərində latın əlifbasına keçidin də öncülərindən biri olmuş və həyat yoldaşı Bala Əfəndiyevlə birlikdə İrəvanının mədəni və maarif həyatında aktiv rol almışdır.
1929-cu ilədək Ermənistan SSR ictimai təminat komissarı(1935–1937) işləmiş Bala Əfəndiyevin 1938-ci ildə represiyaya məruz qalaraq güllələnməsindən sonra Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Hər ikisi təxminən 20 il sonra tam bəraət qazanmışlar.
1924-cü il teatr prosesinin maraqlı hadisələrindən biri o olub ki, "azərbaycanlı Fatma xanım Əfəndiyeva ilk dəfə İrəvanda səhnəyə çıxmışdır. Gənc qız "İki yol və yaxud Məhəmmədəmin Azəri" pyesində Gülsüm rolunda oynamışdır" ("Yeni fikir", 3 mart 1925)[1]. Fatma xanım Əfəndiyeva İrəvan Dövlət Azərbaycan Dram Teatınının fəal üzvü olmağın yanı sıra məsul vəzifələrdə çalışan yoldaşı Bala Əfəndiyevin rəhbərliyi ilə İrəvanda yeni əlifba ilə ana dilində nəşr olunan "Zəngi" və "Rəncbər" qəzetlərində də müxbir kimi fəaliyyət göstərmişdir.