Bala İbrahim oğlu Əfəndiyev (1893, Çaykənd, Qazax qəzası – 1938, Bakı) — bolşevik dövlət xadimi, Azərbaycanda və Ermənistanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, repressiya qurbanı.
Bala Əfəndiyev | |
---|---|
Bala İbrahim oğlu Əfəndiyev | |
1927 – 1929 | |
Sonrakı | Əli Tağızadə |
1935 – 1937 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çaykənd, Qaraqoyunlu mahalı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | güllələnmə |
Dəfn yeri | məlum deyil |
Milliyyəti | azərbaycanlı |
Partiya | Kommunist partiyası |
Fəaliyyəti | inqilabçı |
Atası | İbrahim Əfəndi (1860-1893) |
Anası | Yaqut xanım |
Həyat yoldaşı | Fatma Əfəndiyeva (1906-1982) |
Uşağı | Nazim (1932-1953) |
Vikianbarda əlaqəli mediafayllar |
Bala Əfəndiyev 1893-cü ildə Gəncə quberniyası, Qazax uyezdi, Qaraqoyunlu mahalının Çaykənd kəndində ruhani ailəsində doğulub. Onun mənsub olduğu Əfəndilər nəslinin başçısı, babası Hacı Alı Əfəndi təhsilli din xadimi, kəndin ruhani rəhbəri olub. Əfəndilər nəsli Qaraqoyunlu dərəsinin imkanlı, sayılıb-seçilən nəsillərdən idi. Bala dünyaya gəlməmiş atası İbrahim Əfəndi dünyasını dəyişir. Balanın tərbiyəsi ilə əmisi molla Məhəmməd Əfəndi və atalığı Hacı Əhməd Əfəndi məşğul olurlar. Bala öz kəndlərində molla məktəbini bitirir. Daha sonra əmiləri Balada elm və sənətə olan böyük həvəsi görüb, onu 1907-ci ildə Qazaxda təzə açılmış rus məktəbinin hazırlıq siniflərində təhsil almağa göndərirlər. Bala Əfəndiyev həmin siniflərdə təhsilini davam etdirir, rus dilinə yiyələnir[2]və 1912-ci ildə məktəbi bitirir.
Sərbəst həyat arzusu gənc Balanı 1913-cü ildə Bakıya gətirir. Burada o Zabratdakı "Molot" zavodunda işə düzəlir. Fəhlə hərəkatına qoşulur, şəxsi keyfiyyətləri sayəsində tez bir zamanda gənc aktiv fəhlə liderinə çevrilir, peşəkar inqilabçı kimi yetişir, Hacı Əli təxəllüsü ilə tanınır. Mənşəyinə uyğun olmasa da solçuluq, bolşevizm ideologiyasını qəbul edir və həyatının faciəvi sonunadək onlara sadiq qalır. 1917-ci ilin may ayında müsəlman kommunistlərinin Hümmət təşkilatına qəbul edilir. Bakı sovetinə və onun İcraiyyə komitəsinə üzv seçilir.
Qafqaz bolşeviklərin nəzarətinə keçdikdən sonra B. Əfəndiyev məsul vəzifələrdə çalışır. O cümlədən, 1922–1929-cu illərdə Ermənistan SSR-da mühüm postlar tutur.
B. Əfəndiyev İrəvanda fəaliyyəti zamanı Azərbaycan dilində "Rəncbər" və "Zəngi" qəzetlərinin nəşrinə nail olur və onlara baş redaktor kimi bilavasitə rəhbərlik edir. İrəvanda Azərbaycan (o vaxtkl adı ilə Türk) Pedaqoji texnikumununun açılmasını təşkil edir. Bu təhsil müəssisəsi Ermənistanda Azərbaycan məktəbləri üçün pedaqoji kadrların hazırlanmasında mühüm rol oynayır. İrəvan Azərbaycan Dram teatrının işini bərpa etdirir, onun da fəaliyyətində şəxsən iştirak edir, hətta ehtiyac olduqda özü və həyat yoldaşı Fatma Əfəndiyeva xanım da səhnədə rol alırlar. 20-ci illərdə Azərbaycan dili latın qrafikasına keçir və Qərbi Azərbaycanda latın əlifbasına keçidə B. Əfəndiyev rəhbərlik edir.
Bəzi məlumatlara əsasən həbsindən az əvvəl Azərbaycan SSR Yüngül Sənaye Xalq komissarı vəzifəsinə təyin edilibmiş.
B. Əfəndiyev dəfələrlə Azərbaycan KP MK və Mərkəzi İcraiyyə Komitəsinin, Ermənistan KP MK və Mərkəzi İcraiyyə Komitəsinin, habelə Zaqafqaziya MİK-nin üzvü seçilib. 1924-cü ildə SSRİ Sovetlərinin 2-ci qurultayının, 1930-cu ildə Ümumittifaq KP(b) 16-cı qurultayının nümayəndəsi olub.
Ermənistanda və Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübariz, hər iki respublikada yüksək vəzifələrdə çalışmış məşhur partiya və dövlət xadimi B. Əfəndiyev bir çoxları kimi, siyasi repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin avqust ayında həbs edilmiş və 08 yanvar 1938-ci ildə güllələnmişdir. Onun ömür-gün yoldaşı Fatma xanım Əfəndiyeva da 8 il müddətinə azadlıqdan mərhum edilmişdir. Hər ikisi 1955-ci ildə tam bəraət qazanmışlar.
Qaraqoyunluların təkidi və tələbi ilə Çaykənd orta məktəbinə Bala Əfəndiyevin adı verilmiş və məktəbin qarşısında 1973-cü ildə onun büstü qoyulmuşdur.
Onu da qeyd etmək yerinə düşər ki, Bala Əfəndiyevin əmisi qızı və eyni zamanda həyat yoldaşı, 1906-cı ildə Çaykənddə anadan olmuş Fatma xanım da ilk təhsilini Çaykənddə almışdır.