Fatma Ağacabar qızı Cabbarova (7 noyabr 1920, Bakı – 29 noyabr 2010, Bakı) — Azərbaycan diktoru, Azərbaycan SSR xalq artisti (1990).
Fatma Cabbarova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | diktor |
Mükafatları |
Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (1941) və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (1950) bitirmişdir. 1941–1991-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində işləmiş, Azərbaycan radiosunun diktoru olmuşdur.[1] İnformasiya, xəbərlər, siyasi və ədəbi mövzuda verilişlərin aparıcısı olmuşdur. Azərbaycan və dünya dramaturqlarının əsərlərini ilk dəfə radioda səsləndirmiş və radio kompozisiyalarında çıxış etmişdir.