Fatma Gaye Güler

Fatma Gaye Güler (türk. Fatma Gaye Güler; 1988, Tokat[1]) — Türkiyə Böyük Millət Məclisinin XXV çağırış deputatı;[2] Türkiyənin ən gənc qadın millət vəkili.[3]

Fatma Gaye Güler
türk. Fatma Gaye Güler
Şəxsi məlumatlar
Doğum tarixi 1988
Doğum yeri
Partiya
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Fatma Gaye Güler 1988-ci ilin oktyabr ayında Tokatın Niksar mahalında anadan olmuşdur.[2] İbtidai və orta məktəb təhsillərini İstanbulda almışdır. Qazi Universitetinin Ünsiyyət fakültəsini bitirmişdir.[1] Daha sonra İstanbul Universitetinin Tarix fakültəsində ikinci təhsilini davam etdirmişdir.

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

Güler 2009-ci ildə siyasi karyerasına başlayıb.[2]

2012–2014-cü illərdə Ədalət və İnkişaf Partiyası İstanbul Gənclik Qolları İctimaiyyətlə Əlaqələr və Seçki İşləri vahidlərində vəzifədə olmuşdur.[2]

Müxtəlif qeyri-hökumət təşkilatlarının üzvüdür.[2]

2015-ci ildə Ədalət və İnkişaf Partiyası tərəfindən Tokatda 3-cü sırada millət vəkili namizədi olaraq göstərilən 26 yaşındakı Fatma Gaye Güler, Türkiyənin ən gənc qadın millət vəkili seçilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]