Ədalət və İnkişaf Partiyası


Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP[2][3] və ya AK Parti[4][5] kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır.

Ədalət və İnkişaf Partiyası

Adalet ve Kalkınma Partisi
Loqonun şəkli
Sədri Rəcəb Tayyib Ərdoğan
Qurucu Rəcəb Tayyib Ərdoğan
Baş katib Fatih Şahin
Quruluş tarixi 14 avqust 2001
Baş qərargah Ankara, Türkiyə
İdeologiya Ərdoğançılıq
Sosial konservatizm
Mühafizəkar demokratiya
İqtisadi liberalizm
Yeni Osmanlıcılıq
İdeoloji spektr Sağ
Müttəfiqlər Milliyətçi Hərəkat Partiyası
Böyük Birlik Partiyası
Hürr Dava Partiyası
Demokratik Sol Partiya
Üzv sayı 10.592.023[1]
Parlamentdə
266 / 600
Bələdiyyədə
  • 12 / 30
    (Böyükşəhər)
  • 12 / 51
    (İl)
  • 357 / 922
    (İlçə)
  • 174 / 388
    (Bəldə)
Saytı akparti.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı. 12 iyun 2011-ci ildəki seçimlərin qalibi 49,83% səslə ƏİP oldu. Bu dəfə isə millət vəkili sayısı 327 oldu.

Ədalət və İnkişaf Partiyasının emblemi sarı və qara rənglərdən ibarət olan lampadır.

  1. Rəcəb Tayyib Ərdoğan (2001–2014)
  2. Əhməd Davudoğlu (2014–2016)
  3. Binəli Yıldırım (2016–2017)
  4. Rəcəb Tayyib Ərdoğan (2017-günümüz)
  1. "Adalet ve Kalkınma Partisi". 12 Ocak 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 Eylül 2020.
  2. "AKP - Adalet ve Kalkınma Partisi". 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  3. "Ərdoğan bələdiyyə seçkilərində AKP-nin 26 namizədinin adını açıqlayıb - YENİLƏNİB". 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  4. "AK PARTİ TÜZÜĞÜ" [AK PARTİ STATUTES] (PDF) (türk). Adalet ve Kalkınma Partisi. 21 February 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 September 2014.
  5. "Türkiyə Prezidenti: AK Parti son 22 il ərzində ölkədə keçirilən 17 seçkinin hər birindən birinciliklə ayrılıb". 2024-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]