Fatma Həsənqızı

Fatma Həsən qızı Şabanova (10 aprel 1932, Kakalos, Astara rayonu2 fevral 2021) — Azərbaycan yazıçısı.

Fatma Həsənqızı
Şabanova Fatma Həsən qızı
Doğum tarixi
Doğum yeri Kakalos, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Kakalos
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu
Fəaliyyəti yazıçı
fatmahesenqizi.com

Fatma Şabanova (Həsənqızı) 1932-ci il aprelin 10-da Astara rayon Kakalos kəndində ziyali ailəsində anadan olmuşdur. 1949-cu ildə Kakalos kənd 7 illik orta məktəbini, 1950-1955- ci ildə Baki 1№-li 4 illik tibb mətəbini bitirmşdir.1962-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatrşünaslıq fakültəsində təhsil almışdır.1969-1975-ci illərdə “Gənclik” nəşriyyatında əvvəl korrektor, sonra texniki redaktor, 1976-1987-ci ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin metodiki mərkəzində metodist vəzifəsində çalışmışdir.1976-ci ildə əmək təqaüdünə çıxmışdır.1992-1997-ci illərdə Yasamal rayon 158 saylı məktəbdə, 1997-2000-ci ildə Əhmədli qəsəbəsi 264 sayli məktəbdə, 2000-2009-cu ilə qədər Binəqədi rayon 182 sayli məktəbdə teatr studiyası yaratmışdır.

YAP-ın üzvüdür (№ 231509).29.06.2002-ci ildə Jurnalistlər Birliyinin, 22.08.2002-ci ildən Yazıçılar Birliyinin üzvüdür (№ 1978, № 506). Bilik Cəmiyyəinin üzvüdür (№ 3607340).

1947-ci ildən ədəbi fəaliyyətə başlamışdır.Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı məktəblilərinin keçirdiyi dram ve teatr studiyalarının “Bu nagıl dünyasıdır” festivalında “Anası öpməyən qız” nağıl-pyesi 1-ci yeri tutmuş və müəllif Fatma Həsənqızı diplomla təltif olunmuşdur. Festivaldakı tamamşalar “Tıq-tıq xanım”, “Şirinqəzəbi”, “Meşəmizdə div peyda oldu”, “Simurq quşu" "Saray xoruzu”. “Mizan-tərəzi”, hər il mayın 15-16-sı teatrda göstərilmişdir, müəllif fəxri fərmanlarla və diplomlarla təltif olunmuşdur.

Fatma Həsənqızı 2 fevral 2021 - ci ildə Bakı şəhərində dünyasını dəyişib. Vəsiyyətinə görə Kakalos kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılmışdır.