Kakalos

KakalosAzərbaycan Respublikasının Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsində kənd.[2]

Kakalos
38°37′08″ şm. e. 48°50′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 3.894 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0714[1]
Xəritəni göstər/gizlə
Kakalos xəritədə
Kakalos
Kakalos

Kokolos Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kokalos variantında da qeydə alınmışdır. Kəndi XIX əsrdə Lənkəran qəzasının Butasar kənd icmasına məxsus bir neçə ailə daimi yaşayış məntəqəsinə çevirmişdir. Oykonimin koko/koka ("vəhşi", "qəzəbli, quduz") və los/lus (Talış. "çölpiŞiyi") sözlərindən ibarət olub, "vəhşi çöl pişiyi" mənasını bildirdiyi güman edilir. Bəzi mənbələrdə isə bu ad evlər yığnı mənasını verir. Yəqin ki, kəndin ərazisində vaxtilə bu heyvanlar qorunduğu üçün ərazi belə adlandırılmışdır.[3] Kənddə bir məktəb, bir mədəniyyət evi və bir məsçid vardır.

Bu kəndin adı rəsmi qeydiyyatda "Kakalos" kimi göstərilir. "Kakalos" sözünün mənası talış dilindən götürülmüş "kə"-ev,"los"-yığım, yəni evlər yığımı deməkdir. Bəzi tarixi mənbələrdə isə kəndin adını Keykavus xanın kənddə düşərgə quraraq bir müddət yaşaması ilə əlaqələndirirlər.[mənbə göstərin]

Kəndin əhalisi 3894 nəfərdir.[mənbə göstərin]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

Əhalinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Kakalos kəndində yaşayanların əksəriyyəti ticarət, əkinçilik, maldarlıqincəsənət işləri ilə məşğuldur. Belə ki, 2016-cı il 1 dekabr tarixinə olan məlumata görə, kənddə 663 hektar pay torpağı sahəsinin 435 hektarında əkin aparılmışdır. Ötən mövsümdə ərazidə 6 hektarda çəltik, 30 hektarda dənli bitkilər, 60 hektarda kələm və digər tərəvəz əkinləri keçirilmişdir.[4] 1964-cü ildə yaradılmış "Əvəsor" folklor Xalq kollektivi bu günədək fəaliyyət göstərir, Respublika və eyni zamanda beynəlxalq tədbirlərdə iştirak edir.

Məktəb Astara rayonun Kakalos kəndində yerləşir. 1979-cu ildə tikilib, istifadəyə verilmişdir. 2010-cu ildə əsaslı təmir olunaraq[5] yenidən pedaqoji kollektivin istifadəsinə verilmişdir. Hazırda kənddə yerləşən C. Cabbarlı adına tam orta məktəbdə 348 şagird təhsil alır. Pedaqoji heyət 49 müəllimdən ibarətdir. Dərslər Azərbaycan dilində aparılır.[6]

Mədəniyyət evi

[redaktə | mənbəni redaktə et]

Kənddə yerləşən mədəniyyət evi fəaliyyətinə görə rayon ərazisində ən aktivdir. Bunu dövlət tədbirlərində iştirakına, arxiv nümunələrinin və sair tarixi eksponatların qorunub saxlanılmasına,[7] folklor tərkibinin daim yenilənərək unudulmamasına görə[8] demək olar.

  1. Azərpoçt. "POÇT FİLİALLARI, ŞÖBƏLƏRİ VƏ İNDEKSLƏRİNİN AXTARIŞI". Azərpoçt (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.406
  4. "Kakalos kəndində səyyar qəbul və görüş". Astara-ih.gov.az (az.). 1 dekabr 2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  5. "BİLİK GÜNÜ ASTARA RAYONUNDAKI KAKALOS KƏND 1 NÖMRƏLİ ORTA MƏKTƏBİN BİNASININ AÇILIŞI OLMUŞDUR". Azertag.az (az.). 15 sentyabr 2010. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  6. "Hekayəmiz". Facebook.com (az.). 15 mart 2019. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  7. "Bir kənddə bu qədərmi sərvət toplanarmış..." Sputnik.az (az.). 29 aprel 2017. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.
  8. "Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində "Əvəsor" folklor Xalq kollektividə iştirak edir – FOTO". avasor.wordpress.com (az.). 23 mart 2014. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2020.