Favratia zoysii

Favratia zoysii (lat. Favratia zoysii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin favratia cinsinə aid bitki növü.

Favratia zoysii
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu bitki Avstriya, şimali İtaliyaSloveniya üçün endemik hesab olunur. Favratia zoysii daha çox əhəngdaşlarından təşkil olunmuş Yuliya Alpları yamaclarında və Kamnik-Savin Alplarında bitir. Bundan başqa İtaliyanın və Avstriyanın Cənub Əhəngdaşları Alplarında da müşahidə edilir. Çox aşağı temperatura davam gətirə bilir — −35 °C və -40 °C. Bitkinin ziyanvericisi ilbizlər hesab olunur.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Bitki adətən kiçik boyludur. Orta hündürlüyü 5-7 sm olur. Nadir hallarda isə hündürlüyü 23 sm qədər çatır. Bitkinin kasacıq yarpaqları bitki böyüdükcə artır. Cavan bitki ikinci ilində çiçək açır. Bu növ öz cinsində olan növlərdən çiçəklərinin formasına görə fərqlənir. Çiçək tacı tədricən yuxarıya doğru yığılır və beşgüşəli ulduz formasında bitir. Digər bitkilərdə çiçək zəng formasında olur və bükülmə enli olur. Büzülmə yerində kiçik dəlik olur ki, həşaratlar asanlıqla daxil olub tozlanmanı həyata keçirə bilsinlər. Hər saplaqda birdən üçə qədər çiçək ola bilər. Rəngləri açıq səma rəngində və ya lavanda rəngində olur. Çiçəkləmə iyunda, üçüncü və dördüncü həftələrdə baş verir. Yarpaqları kasa formasında kök ətrafında formalaşıb. Oval şəkilli olur. Saplaqda olan yarpaqlar yumurtavari və növbəlidir.

Favratia zoysii-ə Sloveniyada böyük dəyər verilir. Çiçək Sloveniya Alplarının simvolu hesab olunur. Sloveniya botaniki Viktor Petkovşek (1908-1994) bu bitkini "Sloveniya dağlarının əsl qızı" adlandırmış. Favratia zoysii həm də 1926-cı ildə yaradılmış "Alpinum Yuliana" botanika bağının simvoludur (sloven. Botanični vrt Alpinum Juliana). Bitkidən həmçinin dekorativ çiçək kimi bağçalarda istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Campanula zoysii Wulfen