Faylaka adası

Faylaka adası (ərəb. فيلكا‎) — Fars körfəzinin şimal-qərbində yerləşən ada. İnzibati cəhətdən Küveytin Əl-Asima vilayətinə daxildir. Adanın sahəsi 43 km²-dir.

Faylaka adası
ərəb. فيلكا
Ümumi məlumatlar
Sahəsi 43 km²
Uzunluğu
  • 13,8 km
Eni 5 km
Hündür nöqtəsi 10 m
Əhalisi
  • 5.832 nəf.
Yerləşməsi
29°26′ şm. e. 48°20′ ş. u.
Ölkə  Küveyt
Rayon
  • Əl-Asima
Akvatoriya
Faylaka adası xəritədə
Faylaka adası
Faylaka adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Faylaka adası materikdən 20 km aralıda yerləşir. Küveyt körfəzinin girəcəyindədir. Adanın uzunluğu 14 km, eni isə 6 km təşkil edir. Relyefi düzəndir. Adanın iqlimi ölkənin materik hissəsinə nisbətdə yumşaqdır. Faylaka adasından cənub-şərqdə Auhah, şimal-şərqdə isə Miskan adası yerləşir. Küveytin ən böyük adası olan Bubiyan adası isə ondan şimaldadır

Tarixi[redaktə | mənbəni redaktə et]

faylakada aşkarlanan qədin sikkələr

Adada insanlar aid ilk izlər daş dövrünə aiddir. B.e.ə III minillikdə adada Dilmun adlı sivilizasiya mövcud olmuşdur.

B.e.ə IV əsrdə Makedoniyalı İsgəndəriun yürüşü zamanı yunanlar tərəfindən koloniyalaşdırılmışdır. Ada yunanların Fars körfəzində forpostu rolunu oynayırdı. Adada İkaros adlı şəhər salınmışdır. Egey dənizində də İkariya adlı ada mövcuddur. Bu ad İkar mifalogiyasın əsasən verilmişdir. Adada yunanlar iki əsrə qədər yaşamışlar.

VII–VIII əsrlərdə adada yaşayış olmamışdır.

Fransız arxeoloqları adada Artemida məbədinin qalıqlarını və qədim pul və möhürlər aşkarlamışıar. 2007-ci ilin iyununda Küveyt və Yunanıstan adada arxeoloji qazıntıların davam etdirilməsi barədə razılığa gəlmişlər[1]. Faylaka Küveytin arxeoloji mərkəzidir. 1950-ci illərdə Geoffrey Bibbinin nəzarəti altında Danimarka qrupu tərəfindən aparılan arxeoloji qazıntılarda Fransa, ABŞ, Slovakiya, İtaliya, Yunanıstan və yaxın vaxtlarda Polşa və Gürcüstandan arxeoloqlarıda işləmişdir.

1990-cı ildə İraqın Küveytə hücumu zamanı adada 2 insan yaşayırdı. Əz-Zaur qəsəbəsi adanın şimal-qərbində yerləşir. 1990–1991-ci illərdə ada əhalisi buradan materikə qovulmuşdur. Ada isə İraq ordusu üçün poliqon məqsədi istifadə edilirdi.

Körfəz müharibəsindən sonra ada yenidən Küveytə qaytarılsa da yenədə hıərbi məqsədlər üçün istifadə edilməyə başlanılmışdır. Artıq bu dəfə burada ABŞ hərbi bazaları peyda olmuşdur.

Əhali[redaktə | mənbəni redaktə et]

Hazırda adad olduqca az əhali yaşayır. Onlarsa əsasən müharibədən sonra öz evlərinə qayıdanların bir qismidir.Əhali sayı 5832 nəfərdir.

İstirahət[redaktə | mənbəni redaktə et]

Müharibə bitdikdən sonra Küveyt şəhərinin əhalisi arasında ada məşhurluq qazanır. Belə ki, insanlar istirahət etmək məqsədi ilə adaya üz tuturlar. İstirahət növləri arasında balıq ovu, qayıqlarda gəzinti, yelkən idmanı və digər su idman növləri üstünlük təşkil edir. Adada infrastruktur zəif olsa da, Faylakada yerli turizm sənayesi inkişaf etdirməyə başlayır.

Görməli yerləri[redaktə | mənbəni redaktə et]

  • Antikdövrə aid İkaros və Azuk məbədləri.
  • Portuqal (XVIII əsr) və britaniyalılara (XVIII əsr) aid olan limanın qalıqları.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]