Fazil Şirvani (tam adı: Fəridəddin Əbülhəsən ibn Əli ibn Əbdülkərim; 1057/1060, Şamaxı ş. – 1146) — Azərbaycan alimi, astronom.
Fazil Şirvani | |
---|---|
Fəridəddin Əbülhəsən ibn Əli ibn Əbdülkərim | |
Doğum tarixi | 1057/1060 |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Elm sahəsi | Astronomiya |
Şirvanın qaynar elm mərkəzində dostu Kafiəddin Ömərlə çiyin-çiyinə çalışmışdır. Bəzi mühakimələrə görə, XI əsrin axırlarında Dədəgünəş astronomiya mərkəzinin başçısı idi. Bu mərkəz Kafiəddin Ömər Şirvaninin başçılıq etdiyi akademiyanın strukturunda mühüm elmi mərkəzlərdən biri idi. 30 il ərzində ulduzların hərəkətini öyrənmək sahəsində tədqiqat aparmışdır. Ulduzların hərəkətinə dair tərtib etdiyi cədvəli 1146-cı ildə tamamlaması və həmin ildə 89 yaşında vəfat etməsi barədə əsaslı məlumat vardır.[1]