Dədəgünəş – Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.[1]
Dədəgünəş | |
---|---|
40°38′42″ şm. e. 48°38′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5614 |
Ağsu çayının sol sahilindən bir qədər aralı, dağətəyi ərazidədir. Kənd adını oradakı Dədəgünəş pirinin adından almışdır. Yerli əhali bu piri Piri-Sultan Dədəgünəş adlandırır. Dədəgünəş türbəsi 1602-1603-cu illərdə tikilmişdır. Türbənin kitabəsinə görə, orada Dədəgünəş (Əfzələddin Xəqaninin əmisinin ləqəbi) nəslindən Şeyx Dədəqulunun oğlu Şeyx Məhəmməd dəfn olunmuşdur. Rəvayətə görə, Dədəgünəş quduzluğa tutulmuş xəstələri müalicə edirmiş. Odur ki, vəfatından sonra türbəsi müqəddəsləşdirilmişdir. Zəngin təbiəti və müalicə suları ilə məşhur olan Dədəgünəş orta əsrlərdə məşhur elm mərkəzlərindən biri olmuşdur və Xaqaninin əmisi Kafiəddin Ömər Osman oğlu bu mərkəzin hörmətli alimlərindən idi[2].
Ağa Məsih Şirvani – XIX əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası. Kənd əhalisi 197 nəfərdir ki, onunda 85 nəfəri kişi, 112 nəfəri isə qadınlar təşkil edir.
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |