Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Fazil Yoldaşoğlu (1872, Səmərqənd vilayəti – 17 mart 1955 və ya 1955, Səmərqənd vilayəti) — Özbəkistan şairi.
Fazil Yoldaşoğlu | |
---|---|
Doğum tarixi | 1872 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1955 və ya 1955 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Özbək dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fazil Yoldaşoğlu 1872-ci ildə Bulunğur rayonunun Layçə qışlağında yoxsul ailədə doğulmuşdur. Beş yaşından atasını itirən Fazil 19 yaşına qədər bəylərin qapısında işləmişdir. O, yerli şairlərdən Yoldaş, Köldaş və Suyarla dostlaşıb onlardan şairlik sənətini öyrənmişdir.
Fazil Yoldaşoğlu görüb-keçirdiyi hadisələri öz yaradıcılığında əks etdirmişdir. O, "Cizzəx tətili", "Mətkərim pəhləvan" poemalarının müəllifi kimi şöhrət qazanmışdır. Cığatay (özbək) ədəbiyyatı qarşısındakı ən böyük xidmətlərindən biri folklor nümunələrini-dastanları, nağıl və rəvayətləri yazıya almasıdır. Onun söyləməsi ilə 30-a qədər əsər-şifahi xalq ədəbiyyatı nümunəsi yazıya alınmışdır. Fazil Yoldaşoğlu 1955-ci ildə vəfat etmişdir.