Fearless Iranians from Hell

Fearless Iranians From Hell (azərb. Cəhənnəmdən gəlmiş Qorxusuz İranlılar‎) — 1983-cü ildə San-Antonio, Texasda qurulmuş hardkor/pank qrupu. Qrupun yaradıcısı Əmir Mamori İran İslam İnqilabından sonra ailəsi ilə San-Antonioya qaçmış cənubi azərbaycanlıdır.[1] Qrupun mahnılarının sözləri əsasən sarkastik olub, dünyanı bir islamçının gözündən görərək nəql edir.[2] Qrupun ilk albomu olan Die for Allah-da „Chant“ (İlahi nəğmə) mahnısının və Foolish Americans albomunda „Decade“ mahnısının sözləri Azərbaycan dilindədir.

Fearless Iranians From Hell
Loqonun şəkli
Əsas məlumatlar
Üslub Punk
Fəaliyyət illəri 1983-1990
Ölkə ABŞ ABŞ
Şəhər San-Antonio,Texas
Dil İngiliscə, Azərbaycan dili
Leybl Boner Records
Heyət Əmir Mamori
Ümid At
Əlaqəli layihələr Butthole Surfers

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Fearless Iranians from Hell (Cəhənnəmdən gəlmiş qorxusuz iranlılar) (EP, 1986)
  • Die for Allah (Allah üçün öl) (1987)
  • Holy War (Müqəddəs müharibə) (1988)
  • Foolish Americans (Axmaq amerikanlar) (1990)
  • Peace Through Power (İqtidar sayəsində sülh) (EP, 2008)

Linklər[redaktə | mənbəni redaktə et]

MySpace səhifəsi

„Chant“ (İlahi nəğmə) mahnısı

„Decade“ (Onillik) mahnısı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Omid At ilə müsahibə". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
  2. "Fearless Iranians From Hell - Metal ensiklopediyası". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.