Federal fondlar (ing. federal funds (Fed funds)) — Federal Ehtiyat Banklarında həmişə mövcud ehtiyat qalıqları.
Fed fondları kommersiya bankları və iri korporasiyalar tərəfindən bir-birinə kredit vermək üçün, ilk növbədə, bir gecədə (overnight, overnayt kreditləri) geniş istifadə olunur. “Federal fondların dərəcəsi, Federal Ehtiyat Sisteminin (ing. federal funds rate) — üzvü olan bankların bir-birinə bir gecəlik kredit vermə dərəcəsidir.”[1]
ABŞ Federal Ehtiyat Sistemi federal fondların dərəcəsini təyin etsə də, bir gecəlik kredit qiymətləri bazarın müəyyən etdiyi kimi dəyişir.