Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir. Menorka adasına ekspedisiyada xüsusi fərqlənərək, San-Felip adasına hücumda iştirak etmişdir. Buna görə kapitan tütbəsinə layiq görülən Qravina 1785 ci ildə İspaniyanı Əlcəzair korsarlarından mühafizə edən eskadriliyaya rəhbər təyin olunur. 1790 cı ildə I ranq Paolo gəmisini sərəncamına qəbul edir. Bu zaman Böyük Britaniya ilə İspaniya arasında Şimali Amerikanın Sakit okean sahillərindəki müsəmləkələrə protektaratlıq səbəbindən diplomatik kriz yaşanmaqda idi. Qravinaya İspaniya tarixində heç olmamış böyük donama yaratmağı tapşırırlar. O, böyük təşkilatçılıq məharəti ilə işə başlasa da diplomatik gərginlik İspaniya və Britaniya arasında müttəfiq sülhü ilə çözülür. 1793 cü ildə vitse-admiral Qravina Portsmutda Britaniya dəniz taktikasını öyrənir. Fransa inqilabından sonra İspaniya Britaniya tərəfindən müharibəyə qoşulmalı olur. Qravinaya 4 gəmidən ibarət bir ekadriliyaya rəhbərlik tapşırılır. Onun bayraqdarı Hermenegildo gəmisi olur. 1796 cı ildə İspaniya Fransa ilə müttəfiqlik sazişi bağlayaraq Britaniyaya müharibə elan etmiş olur. 1801 ci ildə Qravina Santa-Dominqo və Haiti ekspedisiyasına yola düşür. 1804-1805 ci illərdə Parisdə İspaniya səfiri kimi fəaliyyət göstərir. Napoleonun tacqoyma mərasimində iştirak edir. 1805 ci ildə İspaniya Kral Hərbi Dəniz Donamasına komandan təyin olunur. Kadisə dönərək Argonaut gəmisində ştandart qaldırır.
Federiko Karlos Qravina | |
---|---|
isp. Federico Carlos Gravina y Nápoli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Palermo |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Kadis |
Vəfat səbəbi | qanqren |
Fəaliyyəti | diplomat, donanma zabiti[d], dənizçi[d] |
Dini | Katolik |
Hərbi xidmət | |
Xidmət illəri | 1768-1806 |
Mənsubiyyəti | İspaniya imperiyası |
Qoşun növü | Kral Donanması |
Döyüşlər | Trafalqar döyüşü |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Fransa donamasının komandanı Pyer-Şarl de Vilnyov Kadisdə qərar tutaraq oktyabrın axırlarına kimi Napoleonun təkidlərinə baxmayaraq gözləyir. Lakin Napoleonun ciddi hədələrindən sonra 19 oktyabrda dənizə çıxmaq qərarını verir. Qravina buna qarşı çıxıraq, aşağıdakıları səbəb kimi göstərir:,
Lakin Pyer-Şarl de Vilnyov buna əhəmiyyət verməməyi, tufanın müttəfiq borcunun yerinə yetirilməsinə əngəl olmamalıdır kimi populist çağrışlarla Aralıq dənizi eskadriliyası ilə birləşmək üçün yola çıxmaq qərarını verir. Eskadriliya Qravinanın komandanı olduğu bayraqdar gəmi ilə 20 oktyabrda yola çıxır. Lakin Britaniya gəmilərinin peyda olmasından sonra dərhal qərarını dəyişərək geri dönmələrini əmr edir. Bu manevr nəticəsində müttəfiqlərin cərgəsi pozulmuş olur, bayraqdar arerqard mövqeyinə düşür. Pyer-Şarl de Vilnyovun bu səhv taktikasını gözləyirmişlər kimi britaniyalılar gəmilərin cərgəsini yarırlar. Əlverişsiz şəraitdə Qravina böyük şücayət göstərir. Bu döyüşdə o bir əlini itirsə də döyüşə rəhbərliyi davam etdirir. O, bütün zədəli gəmiləri onun ardınca Kadis limanına üz tutmağı əmr edir. 22 oktyabrda gəmiləri tufandan qorumaq üçün buxtada daldaladaraq tez təmir etdirərək əsir gəmiləri azad etmək məqsədi ilə geri dönür. Lakin buna qismən nail ola bilir. Yarasının ağırlığı buna tam nail olmağa imkan vermir. 9 mart 1806 cı ildə 49 yaşında vəfat edir.