Feijoa sellowiana


Sellov feyxoası (lat. Feijoa sellowiana)[1]feyxoa cinsinə aid bitki növü.[2]

Sellov feyxoası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Sellov feyxoası çox faydalı, müalicə əhəmiyyətli bitki olub, son illərdə Azərbaycanda da müvəffəqiyyətlə becərilir.

Feyxoanın xoş ətirli, şirəli meyvələri vardır. Meyvələrin qabığı qalın olsa da, lət hissəsi xüsusilə dadlıdır, turşməzədir, sərinləşdiricidir. Feyxoa meyvələrinin ətri ananas və çiyələk meyvələrinin iyini xatırladır. Meyvələrin tərkibində 6,9 %-ə qədər şəkər, 2,5 % üzvi turşular (alma, limon, və s. turşular), pektin maddələr, 280 mq C vitamini, karotin və s. vardır. Bundan başqa, meyvələrin tərkibində üzvi birləşmə şəklində yod da müəyyən edilmişdir. Buna görə də, feyxoa meyvələrinin zob və tireotoksikoz xəstəliklərinin müalicəsində mühüm əhəmiyyəti vardır.

Aparılan kliniki təcrübələr nəticəsində müəyyən edilmişdir ki, feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün son dərəcə əhəmiyyətli vasitədir. Bunu nəzərə alaraq son illərdə feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir.

Acca sellowiana Fruit MHNT Fronton.jpg

Azərbaycanın subtropik bitkilərindən biri olan feyxoa son illərdə Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisi kimi geniş miqyasda becərilir.

Təqribən 40-45 il bundan əvvəl qərbi Gürcüstandan Astaraya becərmək məqsədilə gətirilmiş feyxoa ağacları yerli iqlimə çox tez və yaxşı uyğunlaşmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı: Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası. Bakı: 2009.